Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınır

“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər” barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən noyabrın 2-dək bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq şagirdlərin elektron yerdəyişmə prosesinin həyata keçirilməsi müvəqqəti təxirə salınır.

Təhsil Nazirliyindən  bildirilib ki, elektron portalın açılma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

19 Oktyabr 2020 16:46 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə