Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mülki əhalini hədəfə almaq məğlubiyyətin etirafıdır

“Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq, özü də əməliyyat operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir. Onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib. Bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir”.

Prezident İlham Əliyev bu fikirləri oktyabrın 17-də  xalqa müraciətində sələndirib.  Dövlətimizin başçısı  ölkəmizin humanizm prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusu torpaqlarımızı işğal altında saxlayan düşmənə qarşı vuruşur, dinc əhaliyə qarşı yox. Artıq məğlub olduğunu görən  işğalçı ordu mülki əhaliyə hücum edir, qadağan olunmuş silahlardan atəş açırlar.  Bu isə beynəlxalq hüquq normalarına tamamilə ziddir. Xatırladaq ki, beynəlxalq humanitar hüquq, bu hüququn əsas sənədləri olan 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol, BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi, eləcə də digər beynəlxalq konvensiyalar müharibə zamanı mülki əhaliyə hücumu qadağan edir.

Ermənistanın istər hərbçilərə, istərsə də dinc əhaliyə qarşı açdığı atəş cinayət və təcavüzkarlıqdır. Çünki istifadə olunan silahların əksəriyyəti qadağan olunmuş silahlardır. Amma döyüş zamanı dinc əhaliyə atəş açmaq, bombardman etmək bütün beynəlxalq konvensiyalara və qanunvericiliyə, eyni zamanda ilahi, mənəvi-humanist prinsiplərə ziddir. Bu, erməni vəhşiliyinin, erməni faşizminin  növbəti təzahürüdür. Ermənistanın bu vəhşi addıma getməsi həm də onun döyüş meydanlarında məğlubiyyətlərini  etiraf etmələrinin nəticəsidir. Belə ki, adətən, mülki əhalini hərbi əməliyyatları uduzan tərəf hədəfə alır.

Erməni façistləri bir vaxtlar  Xocalıda törətdikləri soyqırımını indi  Gəncədə davam etdirirlər.  Dağlıq  Qarabağ və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə şəhərini ballistik raketlərdən atəşə tutmaq, dinc əhalini yatdığı yerdə qəddarcasına  qətlə yetirmək faşistlərə xas olan xüsusiyyətdir. Bu gün  Ermənistan və onun baş naziri faşizm ideyalarına sadiqliyini dinc əhalini vəhşicəsinə qətlə yetirməklə, yaşayış məntəqələrini və digər obyektləri dağıtmaqla bir daha nümayiş etdirilər.  Müdafiəsiz insanların -- uşağqların, ahılların öldürülməsi çox dəhşətli cinayətdir.  

Gəncədə baş verənlər hər birmiziə Xocalı soyqırımını xatırladır. Həmin qətliamda da eyni cinayətləri törədirdilər, o faciədə neçə-neçə ailə yer üzündən silindi. Mülki əhalini hədəfə almaq həm qorxaqlıq, həm də vəhşilikdir. Odur ki, biz erməni vəhşiliyini və bu cinayətləri dünyaya tanıtdırmalıyıq. Dövlətimizin başçısı xalqa müraciətində də  bunu, insanlığa qarşı cinayət adlandırdı.  Bir daha bəyan etdi ki, əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq.

Mülki insanların yaşadığı əraziyə atılmış ballistik raketlərin törətdiyi dağıntıları görmək üçün diplomatik korpus rəhbərləri ilə birgə Gəncəni ziyarət edən Pakistanın Azərbaycandakı səfiri Bilal Haye  də gördüklərindən dəhşətə gəldiyini bildirib. Deyib ki,  mülki insanları hədəf almaq qəbuledilməzdir və şiddətlə qınanılmalıdır.

Ermənistanın törətdiyi vəhşiliklərin şahidi olanların hamısı bu ölkənin faşistlərdən də qəddar olduğu qənaətindədirlər. İşğal altında olan torpaqların azad edilməsi Azərbaycan dövlətinin beynəlxalq hüquqla təsdiq edilmiş hüququdur. Azərbaycan dövləti müdafiə olunur, öz ərazisni işğaldan azad edir. Ölkəmizin  başqa dövlətlərin torpaqlarında gözü yoxdur. Bu mənada, erməni iqtidarının mülki əhalini hədəfə almaq kimi təxribatları onların məğlubiiyətlərinin və qorxaqlığının etirafıdır. Əslində, düşmən bununla, guya,  qarşı tərəfdə qorxu xofu, panika yaratmaq məqsədi  güdür. Amma , hadisələrin gedişi də göstərir ki, erməni faşistlərinin  bu hiyləsi  əks effekt verir. Bunu hər gün eşitdiyimiz qələbə soraqlı xəbərlər də təsdiqləyir.

Sentyabrın 27-dən indiyədək 78 yaşayış məntəqəsinin, o cümlədən strateji əhəmiyyətli yüksəkliklərin yağı tapdağından azad edilməsi  şanlı ordumuzun  gücü və qüdrətinin, bu ordunu formalaşdıran Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsinin, düşünülmüş strategiyasının nəticəsidir. 

Mehman İSMAYILOV,
YAP Səbail rayon təşkilatı sədrinin müavini, politoloq

19 Oktyabr 2020 16:21 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə