Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna Ali Radasının deputatı: Azərbaycan Ordusu öz torpaqlarının azadlığı üçün döyüşür

Qarabağ Azərbaycandır! Azərbaycan Ordusu öz torpaqlarının azadlığı üçün döyüşür. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik.

Bu fikirləri ölkəmizin Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə keçirilən dəyirmi masada çıxışı zamanı Ali Radanın deputatı Lyudmila Marçenko söyləyib. Deputat bildirib ki, hazırda Azərbaycan xalqı olduqca şərəfli tarix yazır.

“Azərbaycan bayrağı tarixi Xudafərin körpüsü üzərində dalğalanır. Bu, olduqca qürurvericidir”, - deyən Lyudmila Marçenko bildirib ki, Azərbaycan və Ukrayna dost, tərəfdaş ölkələrdir. Hər iki ölkə bir-birlərinin ərazi bütövlüyünü dəstəkləyir.

19 Oktyabr 2020 15:54 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə