Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qarabağ – mədəniyyətimizin beşiyi”: Həmzə Soltan sarayı

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Mədəniyyət Nazirliyindən  bildirilib ki, layihə çərçivəsində növbəti material Həmzə Soltan sarayına həsr olunub.

Həmzə Soltan sarayı Laçın rayonunun Hüsülü kəndində yerləşir. 1761-ci ildə tikilməsi ehtimal edilən sarayın inşasında şərq memarlıq ənənələrindən geniş istifadə edilib.

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra kəndin adı dəyişdirilib, Həmzə Sultan sarayı isə təmir edilərək qonaq evi kimi istifadəyə verilib.

Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

 

19 Oktyabr 2020 15:11 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə