Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DAK rəhbəri: Azərbaycanın qarşısında dövlət yox, erməni terror ordusu var

Dünya Azərbaycanlıları Konqresi (DAK) rəhbəri Asif Qurban mediaya açıqlamasında  bildirib: “İşğal edilmiş torpaqlarını terroristlərdən almağa çalışan Azərbaycan xalqının qarşısında bir dövlət yox, terror təşkilatlarının yaratdığı, birbaşa mülki vətəndaşları hədəf alan və hər dəfə atəşkəsi pozan erməni terrorçu ordusu var.

Soydaşımız daha sonra qeyd edib ki, Ermənistanın belə davranışı, xain hücumları Azərbaycan xalqını təəccübləndirmir: “Ermənistan 1905-ci ildə də oxşar hücumlarla xalqımıza qarşı soyqırım törətdi. İndi də eyni xarakterini göstərir. Ermənistanın arzusu bölgəni atəşə tutmaq, mülki sakinlərimizi raketlərlə vurmaq və Azərbaycanın Ermənistandakı mülki hədəfləri vurmasına nail olmaqdır. Ancaq Azərbaycan tarixində mülki insanları vurmaq və ya onlara hücum etmək olmayıb, olmayacaq da”.

DAK rəhbəri Asif Qurban sonda deyib ki, Azərbaycan müharibə yox, işğal altındakı torpaqlarını istəyir: “Biz bizə aid olanı istəyirik”.

R.TAHİR,
“Xalq qəzeti”

19 Oktyabr 2020 15:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə