Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyanın Gəncədə və digər bolgələrimizdə törətdiyi terror əməllərinə siyasi və hüquqi qiymət verilməlidir

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev işğalçı Ermənistanın baş naziri Nikol Paşiniyanın əmri ilə Gəncə şəhərində törədilən terror hadisəsi ilə bağlı demişdir: Paşinyanın Gəncədə və digər bolgələrimizdə törətdiyi terror əməllərinə Milli Məclis siyasi və hüquqi qiymət verməlidir”. Politoloq mediaya açıqlamasının davamında bildirmişdir:

– Soros Fondunun maliyyəsi, qərbin siyasi dəstəyi və ermənilrin ABŞ-dakı lobbisinin himayədarlığı nəticəsində, küçə inqlabı yolu ilə hakimiyyətə gətirilən Nikol Paşinyanın avantürist siyasəti regionda təhlükə yaratmaqdadır. Belə ki, Ermənistan rəhbərinin əmri ilə Gəncə şəhərində və ölkəmizin digər rayonlarında terror aktı həyata keçirilmişdir. Bu terror nəticəsində uşaqlar və qadınlar da daxil olmaqla 50 nəfərdən çox dinc sakin öldürülmüş, 100 nəfərə yaxın yaralanmış və çoxlu sayda obyektlərə ziyan vurulmrşdur. Ermənilərin terror əməliyyatı hazırda da davam etməkdədir.

Bu faktlar barəsində Respublika Prokurorluğunda 30-a yaxın cinayət işi açılmışdır, törətdilən terror hadisələrinin nəticələri barədə dünya içtimayətinə və beynalxalq təşkilatlara məlumat verilmişdir. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin səfirlikləri və onların nümayəndələri hadisə ilə bağlı yerində tanış olmuşlar.

Prezident Ilham Əliyev öz çıxışlarında dəfələrlə Paşinyanın bəyanatlarında Azərbaycan xalqının hissiyatına toxunduğunu və xalqımızı təhqir etdiyini bəyan etmişdir. Bundan başqa, Paşinyanın xalqımıza qarşı törətdiyi cinayət əməlləri barədə Prezident Ilham Əliyevin, o cümlədən respublikada fəaliyyət göstərən siyasi partiyaların, içtimaii təşkilatların bəyanatları, beynəlxalq təşkilatlara müraciətlərli də olmuşdur. Paşinyanın daxili və xarici siyasəti, o cümlədən törətdiyi terror əməllərinin nəticəsində hazırki imici nəinki, Ermənistanda o cümlədən beynəlxalq aləmdə də iflasa uğramışdır.

Paşinyanın xalqımıza qarşı törətdiyi terror əməllərinə Azərbacan Respublikasının Milli Məclisində siyasi və hüquqi qiymət verilməsinə əsas vardır. Hesab edirəm ki, Paşinyan kimi bir terrorçu ilə, eyni zamanda, pisxi cəhətdən anormal olan şəxslə hər hansı bir danışığın aparılması mənasızdır. Zalıma rəhm məzuma zülm anlamı yaradır. Terrorçu Paşinyanla bağlı Milli Məclisin qəbul edəcəyi siyasi və hüquqi qiymət daxili və xarici siyasətimizdə yeni mərhələ ola bilər.

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti”

19 Oktyabr 2020 14:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə