Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kosta 6 oyunluq sıradan çıxıb

Madrid “Atletiko”sunun forvardı Dieqo Kosta zədələnib.

Məlumata görə, 32 yaşlı hücumçu La Liqanın 5-ci turunda “Selta” ilə matçda (2:0) əzələsindən xəsarət alıb. Onun ən az 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Bununla da Kosta Çempionlar Liqasının qrup mərhələsində “Bavariya”, “Zalsburq” və Moskva "Lokomotiv"i, La Liqada isə “Betis”, “Osasuna” və “Kadis”lə oyunları buraxacaq.

Qeyd edək ki, Dieqo Kosta bu mövsüm La Liqada 4 oyuna çıxıb və 1 qol vurub.

Elşən AĞALAR,
“Xalq qəzeti”

19 Oktyabr 2020 14:47 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə