Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tarixi Qələbə cox yaxındadır

Prezident, Ali Baş Komandan İlham Əliyev -  xalqımıza  hər gün qələbə müjdəsi verir: İşğaldan azad olunan Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağı qaldırıldı... Azərbaycan Silahlı Qüvvələri dövlət sərhəddimizdəki qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdı... Xalqımız şübhə etmir ki, bu xəbərləri tezliklə Qubadlıda, Zəngilanda, Laçında, Kəlbəcərdə, Ağdərədə, Xocavənddə, Ağdamda, Əsgəranda, Xocalıda, Şuşada, Xənkəndində də Azərbaycan bayrağının dalğalanması məlumatları əvəz edəcək.

İndi möhtərəm Prezident təkcə bu qələbələrin müjdəçisi deyil, o həm də bu uğurları ağıllı, güclü, xalqını və yurdunu sonsuz məhəbbətlə sevən lider kimi uzaqgörən diplomatiyası, təmkinli siyasəti ilə ərsəyə gətirmişdir. Hər kəsin qəbul etdiyi bir həqiqət ortadadır: Azərbaycan xalqı öz rəhbəri ilə bu dərəcədə yekdil olmamışdı. Azərbaycan xalqı bu dilbirliyi ilə dünyaya çox böyük həqiqətləri bəyan etdi. Mənfur ermənilər və bütün dünya dərk etməlidir ki, illər boyu xalqımızın göstərdiyi müstəsna səbr və dözüm işğal olunmuş  torpaqlarımızın unudulması deyil, haqlı olduğumuzun təsdiqi, gücümüzün, yurd sevgimizin yüksəlməsi ilə nəticələndi.  Xalq nəinki Qarabağı, tarixi İrəvanını, Zəngəzurunu, Göyçəsini, Basarkeçərini, Dərələyizini... də geri qaytarmağa təşnədir. Və bu mütləq istəyin gerçəkləşməsi zaman məsələsidir.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan bu ilin 27 sentyabrında başladığı Vətən müharibəsinin ilk günlərindən tarixi qələbəsini təmin etdi. Azğın düşmən Gəncəni, Mingəçeviri, Tərtəri raket atəşinə tutmaqla, dinc insan-- uşaqları, qadınları, qocaları qətlə yetirməklə, soyqırım törətməklə adamların irasdəsini, Qələbə əzmini sındırmaq istəsə də, heç nə alınmadı. Vətən mücadiləsinin ilk günündən Qələbə üçün zəruru şərtlərdən olan mənəvi bütövlük və üstünlük də qazanıldı. İndi Ali Baş Komandan hər gün  maddi Qələbəmizin müjdələrini verir. Torpaqların işğaldan azadlığı isə bizi son Qələbəmizə  günbəgün yaxınlaşdırır.

Bütün olanlar ulu öndərin xilaskarlıq siyasətinin davamçısı olan Prezident İlham Əliyevin dünya səviyyəli lider olduğunu sübut etdi və onun qalib sərkərdə adını Azərbaycanın qəhrəmanlıq tarixinin Cavanşir, Babək, Atabəy hökmdarları, Xətai və Nadir şahla şərəflənmiş yeni səhifəsinə yazdı. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın adı  isə Tomirislərin, Burla xatunların, Nigarlarının, Həcərlərin çağdaş timsalı kimi yaddaşlara həkk olundu. Azərbaycan xalqı Türk dünyasının bir parçası olduğunu, ağıllı siyasi lider, məğrur sərkərdə ətrafında birləşərək xilaskarlıq amalları uğrunda ölümə belə hazır olduğunu, iqtisadi və hərbi qüdrətini bir daha sübut etdi.

İndi fəxrlə danışa biləcəyimiz və güvənc yeri olan gəncliyimizin fədəkarlığını da yaddan çıxarmaq olmaz. Bu zaman kəsiyində elə bir mütəşəkkil gənclik yetişdi ki, onun mübarizliyi də, Vətən sevgisi də, savad və qabiliyyəti də qibtə ediləcək dərəcədə böyükdür. 18--20 yaşlarında olan əsgərin, yetkin Azərbaycan zabitinin  döyüş meydanındakı rəşadətləri,  xalqımızın arxa cəbhədəki Qələbə təşnəliyi onu göstərir ki, onlar nəinki 30 il əvvəl hiylə və qarışıqlıqlarla atalarından alınmış, həm də yüz illər əvvəl babalarından istila olunmuş torpaqları da Azərbaycanın yeni xəritəsinə yerləşdirəcəklər. Bu amal uğrunda şəhidlik zirvəsinə yüksəlmək hər bir Vətən övladının  qürur borcuna çevrilmişdir.

Görünən, danılmaz həqiqət budur ki, yaşından, cinsindən, dilindən və dinindən asılı olmayaraq Azərbaycan xalqının bütövlüyü, amalı, mübarizliyi qəti Qələbəni tezləşdirəcəkdir. Bizə isə bunu demək qalır: ağıllı və məğrur sərkərdəsi– Ali Baş Komandanı ətrafında sıx birləşərək salnamələr yazan qüdrətli Azərbaycan Ordusuna və xalqına eşq olsun!

Fəxrəddin Ağamirzəyev,
Füzuli hərbi məhkəməsinin hakimi

19 Oktyabr 2020 14:12 - CƏMİYYƏT
CƏMİYYƏT
2 Dekabr 2020 | 04:14
Laçınım mənim...

Köhnə versiyamızdan xəbərləri izlə