Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədə çalışan və təhsil alan azərbaycanlı həkimlər Vətən mücadiləsini dəstəkləyirlər

Qardaş Türkiyənin paytaxtı şəhəri Ankarada  fəaliyyət göstərən “Azərbaycanlı Həkimlər Dərnəyi”nin ölkəmizə dava-dərman ləvazımatları göndərmək aksiyası uğurla davam edir.

Bu barədə “Azərbaycanlı Həkimlər Dərnəyi”nin qurucusu, uzman həkim Fərid Qasımzadə ilə onlayn müsahib olduq. Soydaşımız bildirdi ki, Türkiyədə tibb təhsili alan və səhiyyə sahəsində calışan həmyerlilərimizin “Azərbaycanlı Həkimlər Dərnəyi” xalqımızın Qarabağda başlanana torpaqlarımızı işğaldan xilas etmək mübarizəsinə ilk qoşulanlardan oldu. Bu mübarizə ərazi bütövlüyümüz uğrunda mücadilədir, illərdən bəri bu zəfər üçün səfərbər olmağa hazır idik.

Nəhayət ki, Ali Baş Komandan İlham Əliyevin 27 sentyabrda düşmən hücumlarına cavab əmri, elə ilk gündən də aldığımız Qələbə xəbərləri həyatımıza yeni bir məna gətirdi. Təbii ki, bu yaşadığımız Türkiyədə də böyük bir coşğu və həmrəylik yaratmışdır və dərnəyimizin üzvüləri də buna biganə qalmadı.

Fərid həkim qeyd etdi ki, şanlı  Ordumuz  torpaqlarımızı azad etdikcə hər birimiz sevinc və fəxr hissi keçiririk. Amma onu da bilirik ki, müharibələrdə səhiyyənin xüsusi önəmi vardır. Döyüşlərdə yaralananalara ilkin yardım çox vacibdir, onlrın taleyini saniyələr həll edir. Bu səbəbdən könüllü olaraq cəbhə bölgəsinə getmiş həkimlərimizə  və bütün səhiyyə işçilərimizə təşəkkürlər edirik. Bu sahədə həkim və tibb işçilərimizə dəstək olmağa çalışırıq. Türkiyədə yaşayan həmkarlarımıza müraciət ünvanladıq. Bu, təbii ki, panikadan uzaq, vətənpərvər dostlarımıza yönəlmiş bir müracit oldu.

Beləliklə də dərnəyimizin təşəbbüsü ilə Türkiyədə calışan 43 azərbaycanlı həkim və 2 tibb bacısı könüllü olaraq hərbiçilərimizə kömək üçün Azərbaycana yola salındı. Bu müqəddəs işdə Ankaradakı səfirliyimiz və TƏBİB bizə dəstək oldu.

- Bildiimizə görə yaralılara yardım üçün topladığınız tibbi ləvazimatlar da Bakıya göndərilib.

- Bəli, Azərbaycana gələn həkimlərimiz özləri ilə 2 ton tibbi ləvazimatı da Bakıya çatdırdılar. Vurğulayım ki, bu, Türkiyə, Almaniya və ABŞ-da təhsil alan azərbaycanlı həkim və həmkarlarımızın dəstəyi ilə toplanmış ianələr hesabına alınmış dava-dərman idi. İlk aksiyamız oktyabrın 6-sında oldu. Növbəti  bir yardımımız isə iki gün əvvələ aiddir. Bu dəfə də Türkiyədə çalışan asistan həkimlərimiz Qarabağ müharibəsində yaralanan əsgərlərimizə könüllü xidmət üçün Türkiyə, Almaniya və Amerika Birləşmiş Ştatlarında çalışan və təhsil alan azərbaycanlı həkimlərin göndərdiyi tibbi ləvazimat ilə birlikdə Ankaradan Bakıya yola salındı. Həkimlərimizə uğurlar arzulayırıq. Yeri gəlmişkən Vətən savaşında həlak olan həkim şəhidlərimizə Uca Tanrıdan  rəhmət diləyirəm. Həkim şəhidlərimiz olan Şöhrət Qasımovun, Tariyel Salmanovun, Turqut Xəlilbəylinin xatirəsi bizim üçün həmişə əziz olacaqdır.

Bu gün tarix yazan və qürur mənbəyimiz olan əsgərlərimizə torpaqlarımızın işğaldan azad edilməsi yolunda uğurlar arzulayırıq. Onlar da, xalqımız da bilməlidir ki, harada yaşamasından və çalışmasından asılı olmayaraq indi hər bir azərbaycanlının ürəyi Azərbaycandadır, Qarabağdadır.

Namiq Qədimoğlu,
“Xalq qəzeti”

19 Oktyabr 2020 14:10 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə