Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan döyüşdə indi də qadın manekenləri və zərif cinsi qurban verir

Bu gün təcavüzkar ölkə Ermənistan cəbhədə canlı qüvvə itkisini kompensiya etmək üçün həm də könüllü olaraq qadınları döyüşlərə cəlb edir.   Bu barədə   Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti araşdırma yayımlayıb.   

Cəbhədə ard-arda uğursuzluq və canlı və hərbi texniki qüvvə itkisi ilə üzləşən Ermənistan heç bir hərbi bacarığı olmayan zərif cinsin nümayəndələrinin ölümünə səbəb olur.

Artıq bəlli olduğu kimi, işöğalçı ölkə onların çoxunun həyatını itirməsini etiraf edib. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Hovanisyan Ermənistan ordusunun növbəti itkiləri barədə bildirərkən etiraf edib ki, ölən hərbi qulluqçular arasında qadın döyüşçülər də var.: “Yadınızda saxlayın ki, çətin müharibədir, təkcə kişilərin deyil, qadın hərbi qulluqçuların da cəlb edildiyi ağır döyüşlərdir. Yaralılar və həlak olmuş qadın hərbi qulluqçularımız var”

Hərbi əməliyyatların başladığı ilkin günlərdə qadınlardan ibarət batalyon yaradılması prosesinə başlanılması həm də Ermənistan mediasında geniş işıqlandırılıb.

Zərif cinsin nümayəndələrindən ibarət batalyonun yaradılması ilə məşğul olan polis Polkovniki Marine Ayrumyan mediaya açıqlamasında bildirmişdi ki, döyüşmək üçün OMON-çu həmkarları ilə cəbhəyə yollanmaq istəsə də, onu qəbul etməyiblər. “ O zaman mən qərara gəldim ki, qadın batalyonu yaradım, bununla bağlı Müdafiə Nazirliyinin polkovniki Qrişa Sarkisyanla razılaşdırdım. On səkkiz yaşından 55 yaşa qədər qız və qadınların siyahısını qeydə alırıq. Bizə İrəvanda poliqon təşkil edilir, hazırlıqdan sonra cəbhəyə yollanırıq.”

Ermənistan Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Hovanisyan bir çox qadın döyüşçülərin ölümünü bəyan etdikdən sonra bu gün bu gün feysbukda qadınlardan ibarət dəstə yaradılmasına başlanılması ilə bağlı məlumat paylaşıb.

Qeyd edib ki, Nari Syuni və Nare Xlğatyanın yaratdığı qadın dəstəsinə artıq 100 şəxs qeydiyyatdan keçib. Maraqlıdır ki, Arstrunyan Hovanesyanın facebook səhifəsində paylaşımında “Onlar bizim qızlarımız, bacılarımızdır, şərəfimizdir. Biz qalib gələcəyik”– deməsi sadəcə olaraq, pafosdan daha çox acizliyin ifadəsidir. Bir müddət əvvəl onun cəmiyyətə müraciətində Yerevanda avtomobildə yüksək səsli vətənpərvər mahnılar səsləndirilməsini tənqid edən keçmiş mətbuat sözçüsü bunun gerçək vətənpərvərlik olmadığını bildirmiş, hamını döyüşə səsləmişdi. Görünür, onun çağırışından sonra onsuz da ağır iqtisadi və sosial durumda olan ölkənin ümidi qadın və gənc qızlara qalıb.

Nare Xlğatyan xanımlara müraciət edərək onlara qoşulmağa səsləyib. Qeyd edib ki, 21 yaşdan yuxarı fiziki hazırlığı olan, müvafiq situasiyada öz rolunu və məsuliyyətini reallaşdıra bilən xanımlar yeni yaranan dəstəyə qoşula bilərlər. Silahla davrana bilən və bununla bağlı biliyi olan şəxslərə üstünlük veriləcək. “Biz eyni zamanda dünyanın istənilən yerində yaşayan erməni qadınlarına müraciət edirik. Biz biz on nəfərik, sabah yüz, min .. nəfərlik ordu ola bilərik.” - çağırışı isə işğalçı ölkənin bundan sonra xaricdən qadın muzdluların da gətirilə bilmə ehtimalını daha da artırır.

Bundan başqa, ermənilər cəbhədə səngərlərdə bir sıra təxribat və gülüş doğuran məqamlara da əl atırlar. Belə ki, sosial şəbəkələrdə yayılmış şəkillər göstərir ki, erməni hərbçilər azərbaycanlı əsgərlərin diqqətini yayındırmaq məqsədilə qadın hərbçiləri xatırladan manikenlər yerləşdirirlər. Bununla bağlı yayılmış fotolar işğalçı ölkənin tükənməkdə olan ordusunun mərkli əməllərinin daha bir sübutudur.

19 Oktyabr 2020 14:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə