Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya ictimaiyyəti Azərbaycan gənclərinin kampaniyasını dəstəkləyib

Azərbaycan gənclərinin Ermənistanın Azərbaycana hərbi təcavüzünə və ölkəmizin mülki əhalisini hədəfə almasına dünya ictimaiyyətinin biganə qalmaması üçün başlatdığı kampaniyasına müxtəlif ölkələrdən dəstək verilir.

Gənclər Fondundan  bildiriblər ki, kampaniya çərçivəsində gənclər ağızlarını skotç lenti ilə bağlayaraq Ermənistanın təcavüzünə və hərbi cinayətlərinə səssiz qalan dünyaya etiraz ismarışlarını çatdırıblar.

Bu kampaniya sosial şəbəkələrdə geniş vüsət aldıqdan sonra ayrı-ayrı ölkələrdə yaşayan insanlar Qarabağın Azərbaycan ərazisi olduğunu və dünya ictimaiyyətinin bu həqiqətə səssiz qalmamasına eyni tərzdə - ağızlarını skotç lenti ilə bağlayaraq çağırış ediblər.

19 Oktyabr 2020 14:06 -

Köhnə versiyamızdan xəbərləri izlə