Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Qarabağ" "Neftçi"nin rekordunu təkrarladı

“Qarabağ” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.

Peşəkar Futbol Liqasının verdiyi məlumata görə bu, 6-cı turun “Qəbələ” ilə ev oyununa təsadüf edib.

Ağdam təmsilçisi 3:0 hesablı qələbə əldə edib. "Köhlən atlar" ölkə çempionatları tarixində 108-ci dəfə üç və ya daha çox top fərqilə qalib gəlib. “Qarabağ” qatıldığı 29 mövsümdən 27-də hesabına böyükhesablı qələbə yazıb. Əyalət təmsilçisi yalnız 1993 və 2005/06 mövsümündə belə nəticə əldə edə bilməyib. Ağdam klubu bununla da “Neftçi”nin rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi 27 müxtəlif mövsümdə böyük hesabla qalib gəlməyi bacarıb.

Elşən AĞALAR,
“Xalq qəzeti”

19 Oktyabr 2020 12:04 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə