Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TBMM-in sədri: İşğalçı Ermənistan Azərbaycan ərazilərindən çıxmalıdır

İşğalçı Ermənistan Azərbaycan ərazilərindən çıxmalıdır. ATƏT-in Minsk qrupunun 30 ildir apardığı danışıqlar nəticəsiz qaldı və bu qurum Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılmasına nail ola bilmədi. Bu gün Azərbaycan Ordusu bu işi görməkdədir.

Bu sözləri oktyabrın 19-da Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Bakıda jurnalistlərlə keçirdiyi görüşdə bildirib.

Mustafa Şentop deyib ki, bütün Türkiyə xalqı Azərbaycan Ordusu üçün dua edir. İnanıram ki, Azərbaycan Ordusu zəfər çalacaq.

Türkiyə-Azərbaycan əlaqələrinə toxunan M.Şentop qeyd edib ki, bu münasibətlər digər iki ölkə arasında mövcud olan münasibətlərlə müqayisə edilə bilməz. Bu münasibətlər tarixən ən yüksək səviyyədə olub. O deyib: “Ötən əsrin əvvəlində Türkiyənin 34 şəhərindən insanlarımız burada döyüşüblər. Türkiyədən gələrək Azərbaycanda döyüşüb şəhid olanların Şəhidlər xiyabanında abidələri var. Bu gün Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək üçün apardığı savaşı Türkiyədə insanlarımız ölkənizin vətəndaşları qədər həyəcanla izləyirlər”.

19 Oktyabr 2020 11:43 -

Köhnə versiyamızdan xəbərləri izlə