Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran silah satmağı planlaşdırır

Embarqosu götürülən İran əsas silah idxalını deyil, ixracını planlaşdırır.

Xalq qəzeti bu barədə İran Müdafiə naziri, briqada generalı Əmir Hatəminin açıqlamasına istinadla məlumat verir.

“Şübhəsiz, idxal etdiyimizdən xeyli çox silah ixrac edəcəyik”, - deyə iranlı nazir bildirib.

Hatəmi əlavə edib ki, keçən ildən bəri Tehrana silah ixracı və idxalı məsələsində danışıqların aparıldığı bir neçə ölkə müraciət edib.

Onun sözlərinə görə, çoxları İran tərəfinin sanksiyalar çərçivəsində müdafiə sənayesində bu cür nəticələr əldə edə biləcəyinə inanmır.

Elşən AĞALAR,
“Xalq qəzeti”

19 Oktyabr 2020 10:57 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:25
Rusiyada yeni antirekord
2 Dekabr 2020 | 04:24
Ekzotik ekootel
2 Dekabr 2020 | 04:24
Bir trilyon dollar sərmayə

Köhnə versiyamızdan xəbərləri izlə