Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümumdünya Kəndli Qadınlar Günü münasibətilə fermer qadınlarla görüş keçirilib

Tədbirdə çıxış edən nazir müavini Seyfəddin Talıbov qadınların kənd təsərrüfatındakı rolunu yüksək qiymətləndirib. Dünyada hər 4 nəfərdən 3-nün kənd yerlərində yaşadığını qeyd edən nazir müavini dünyadakı yoxsulluq həddinin azaldılmasında qadınların rolunun yüksək olduğunu vurğulayıb. 

Nazir müavini qeyd edib ki, BMT aqrar sahənin inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycanda da sözügedən sahə daim dövlətin diqqət mərkəzidədir: “Hazırda respublikada yoxsulluq səviyyəsi çox aşağıdır. Ölkəmizdə yoxsulluq həddi son 15 ildə 10 dəfədən çox azalaraq 4,9 faizə enib. Dünyada ciddi şəkildə narahatlıq doğuran problemlər Azərbaycanda artıq öz aktuallığını itirib. Lakin bu da faktdır ki, dünya üzrə 870 milyondan artıq insan aclıqdan əziyyət çəkir və baş verən çaxnaşma və hərbi qarşıdurmalar bu problemi bir qədər də aktuallaşdırır. Bu səbəbdən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dünya ölkələrini bu aktual məsələnin həllinə çağırır”.

Görüşdə iştirak edən Kənd Təsərrüfatı nazirinin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova və fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov fermer qadınların sosial-iqtisadi həyatda oynadığı rol barədə danışıb, iştirakçıları Ümumdünya Kəndli Qadınlar Günü münasibətilə təbrik ediblər.

Tədbirdə iştirak edən fermer qadınlar dövlətimiz tərəfindən onların əməyinə verilən yüksək qiymətdən razılıqlarını ifadə ediblər. 

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

16 Oktyabr 2018 12:05 - CƏMİYYƏT
CƏMİYYƏT
14 İyul 2020 | 17:26
Ad günün mübarək, Şəhidim

Köhnə versiyamızdan xəbərləri izlə