Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daxili İşlər Nazirliyi: Gəlin hamımız qələbəyə xidmət edək

Daxili İşlər Nazirliyi elan olunmuş hərbi vəziyyət rejimi ilə əlaqədar vətəndaşlara müraciət edib.  Həmin müraciətdə deyilir:

“Respublikada elan olunmuş hərbi vəziyyət rejimi ilə əlaqədar vətəndaşlarımız hər an ayıq-sayıq olmalı, eyni zamanda, komendant saatı qaydalarına ciddi riayət etməlidir. Koronavirus infeksiyasının doğurduğu təhlükəni də bir an belə unutmamalı, sağlamlığımızın qayğısına qalmalıyıq.

Qanunlara və qaydalara ciddi riayət etməklə, nümunəvi davranışla düşmənlə mübarizəyə çoxsaylı qüvvə cəlb etmiş dövlət orqanlarının fəaliyyətinə böyük dəstək vermiş olarıq. Gəlin hamımız düşmən üzərində qələbəyə xidmət edək”.

R.TAHİR,
“Xalq qəzeti”

19 Oktyabr 2020 10:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Dekabr 2020 | 14:19
Laçınım mənim...
1 Dekabr 2020 | 11:45
“Laçına ithaf”
1 Dekabr 2020 | 00:12
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə