Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“BRUDIRECT” xəbər agentliyi Ermənistanın təxribatlarından yazdı

Azərbaycanın Bruney Darüssəlamdakı səfiri Qaley Allahverdiyev tərəfindən qələmə alınmış məqalə “Azərbaycan öz regionunda sülh və sabitlik istəyir” sərlövhəsi ilə geniş oxucu auditoriyasına təqdim edilib. Məqalədə Ermənistanın sentyabr ayının 27-dən başlayaraq ölkəmizə qarşı davam etdirdiyi hərbi hücumdan bəhs olunub, bunun bəşəriyyətə meydan oxuyan nəticələri barədə ətraflı məlumat verilib.

Səfir bildirib ki, hazırda dünya ölkələri COVID-19 pandemiyası və onun sosial-iqtisadi yükü ilə mübarizə apararkən, Azərbaycan ikiqat təhdidlə qarşılaşıb. Ermənistan hərbi qüvvələri ağır artilleriya və iri çaplı silahlardan cəbhəyanı yaşayış məntəqələri ilə yanaşı, çox uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərini atəşə tutub. Ballistik raketlərlə mülki əhalini və obyektləri hədəfə alan bu ölkənin heç bir beynəlxalq humanitar öhdəliklərə məhəl qoymadığı vurğulanıb. Azərbaycan Respublikasının Baş Prokurorluğu, eləcə də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən dərc edilmiş hesabat və informasiya materiallarına istinad edən səfir, həmin hücumun səbəb olduğu mülki insan tələfatı və dağıntılar barədə də məlumat verib.

Məqalədə qeyd olunub ki, Azərbaycanın siyasi-hərbi rəhbərliyi Ermənistana qarşı həyata keçirdiyi sülhə məcbur etmə əməliyyatlarının ilk günündən etibarən mülki əhalini və mülki obyektləri hədəf almayacağını əvvəlcədən elan edib. Səfir Azərbaycanın işğal olunmuş ərazilərindəki mülki əhali ilə hər hansı probleminin olmadığına işarə edərək, Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağda yaşayan erməniləri Azərbaycan vətəndaşları hesab etdiyinə dair fikirlərini vurğulayıb.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

19 Oktyabr 2020 10:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Dekabr 2020 | 14:19
Laçınım mənim...
1 Dekabr 2020 | 11:45
“Laçına ithaf”
1 Dekabr 2020 | 00:12
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə