Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Giorgi Qaxariya: Azərbaycan həm sosial-iqtisadi baxımdan, həm də beynəlxalq səviyyədə nüfuzunun möhkəmlənməsi baxımından fəxarətli yol keçib

Gürcüstanın Baş Naziri Giorgi Qaxariya Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Baş Nazir Giorgi Qaxariya Gürcüstan hökuməti adından və şəxsən öz adından Baş Nazir Əli Əsədovu Azərbaycanın Müstəqilliyi Günü münasibətilə təbrik etdiyini bildirib. O qeyd edib ki, Azərbaycan həm sosial-iqtisadi baxımdan, həm də beynəlxalq səviyyədə nüfuzunun möhkəmlənməsi baxımından fəxarətli yol keçib. Bizim ümumi səylərimiz nəticəsində Gürcüstan və Azərbaycan Respublikası arasında sarsılmaz strateji tərəfdaşlıq münasibətləri formalaşıb və dostluq ruhu daşıyan bu tərəfdaşlığımız ikitərəfli və çoxtərəfli səviyyədə ümumi məqsəd və maraqlarımızla daha da möhkəmlənməkdədir.

“Əminəm ki, münasibətlərimizin daha da genişlənməsi və strateji tərəfdaşlığımızın dərinləşməsi üçün biz sıx əməkdaşlığımızı bundan sonra da uğurla davam etdirəcəyik”, – deyə Gürcüstanın Baş Naziri qeyd edib. O, Baş Nazir Əli Əsədova və Azərbaycan xalqına sülh, uğurlar və əmin-amanlıq diləyib.

18 Oktyabr 2020 19:57 -

Köhnə versiyamızdan xəbərləri izlə