Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önündə Gəncə hadisələrini əks etdirən xatirə guşəsi yaradılıb

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin oktyabrın 17-də növbəti dəfə atəşə tutulması nəticəsində həlak olan həmvətənlərimizin əziz xatirəsini anmaq üçün ölkəmizin Rusiyadakı səfirliyinin binasının önündə xain hücumun nəticələrini əks etdirən şəkillərdən ibarət guşə yaradılıb.

AZƏRTAC xəbər verir ki, Rusiyada yaşayan çoxsaylı soydaşlarımız bu hücumun qurbanlarını yad etmək məqsədilə səfirliyin binasının qarşısına gələrək gül-çiçək, uşaq oyuncaqları qoyur, başsağlığı verir və yaralılara şəfa diləyirlər.

Bu ağır və eyni zamanda şərəfli bir zamanda birlik və həmrəylik nümayiş etdirən azərbaycanlılar Ermənistan hərbi-siyasi rəhbərliyinin insanlığa sığmayan bu addımlarının cavabsız qalmayacağına, işğal altında qalan bütün torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə azad ediləcəyinə tam əmin olduqlarını vurğulayaraq “Qarabağ Azərbaycandır!” şüarını səsləndirirlər.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

18 Oktyabr 2020 19:44 -

Köhnə versiyamızdan xəbərləri izlə