Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdamın Qaradağlı kəndinin sakinləri düşmənin təxribatlarından qorxmurlar

Cəbhədə Azərbaycan Ordusunun əks-hücum əməliyyatı qarşısında aciz qalaraq geri çəkilən Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini ağır artilleriya atəşinə tut­maqda davam edir. Nəticədə, kənd və qəsəbələrdə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyir.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri düşmənin hədəfə aldığı Ağdam rayonu­nun Qaradağlı kəndinə gedərək qəhrəman kənd sakinləri ilə həmsöhbət olub. Sakinlər söhbət zamanı bildiriblər ki, təkcə bu gecə kəndin ərazisinə 40-dan çox mərmi atılıb. Lakin düşmənin təxribatları kənd sakinlərini qorxutmur. Yaşayış məntəqəsində həyat öz axarı ilə davam edir. Sakinlər Azərbaycan Ordusuna güvənərək öz doğma kəndlərini tərk etmir, gündəlik işləri ilə məşğul olurlar.

Kənd sakini Nəriman İbadov deyib: “Mənfur düşmən kəndi hər gün atəşə tutur. Bu, onların xislətidir. Mərmilər həm kənddəki evlərə, yardımçı binalara ziyan vurur, həm də əkin sahələrinə düşür. Buna baxmayaraq, cama­at kəndimizdədir. Ordumuzun cəbhədə qazandığı qələbələr bizi sevindirir, ruhlandırır. Allah ordu­muzu qorusun”.

Digər sakin Razi Mirzəyev isə deyib: “Bu gecə düşmən kəndi yenə atəşə tutdu. Qonşumuzun evi yanırdı, söndürdük. Evlər dağılsa da, yansa da, nə qədər ziyan olsa da kəndimizdəyik. Prezidentimizə, ordumuza güvənirik, hər an döyüşlərdə iştirak etməyə hazırıq”.

Qeyd edək ki, Ermənistan hərbçilərinin sentyabrın 27-dən baş­layan artilleriya atəşləri nəticəsində ilkin məlumata görə, Ağdam rayo­nunun yaşayış məntəqələrində 56 ev tamamilə dağılıb, 400-dən artıq evə, 86 yardımçı tikiliyə, 16 sosial, 2 istehsal, 1 su təchizatı, 16 ticarət, 5 ictimai iaşə obyektinə, 5 inzibati binaya ziyan dəyib.

18 Oktyabr 2020 02:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Oktyabr 2020 | 15:42
Stadion xəstəxanaya çevrildi

Köhnə versiyamızdan xəbərləri izlə