Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Döyüş meydanında məğlubiyyətə uğrayan düşmən dinc əhalini hədəf seçir

Prezident İlham Əliyev bu il oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib. Mən müsahibəni diqqətlə izlədim. Vətənini sonsuz məhəbbətlə sevən, son dərəcə ağıllı və müdrik Prezidentimlə bir daha qürur duydum.

Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması hər birimizdə hiddət və qəzəb doğurub. Bu məsələ ilə bağlı dövlətimizin başçısının mövqeyi qətiyyətli və birmənalıdır. Prezident müsahibədə demişdir: “Bu, erməni faşizminin növbəti təzahürüdür. Onlar adətən döyüş mey­danında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bunu biz birinci Qara­bağ savaşında da gördük. Məhz Xocalı soyqırımını törədənlər bizim həmin mənfur qonşularımızdır”.

Prezident qeyd etdi ki, mənfur qonşu­larımız üçün müqəddəs heç nə yoxdur. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq düşmənin namərd hücumları Azərbaycanı yolundan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz. Dövlətimiz və xalqımız öz ərazi bütövlüyünü bundan sonra da bərpa etməkdə davam edəcək.

Ermənistanın əsas məqsədi mülki şəxsləri kütləvi şəkildə məhv etməklə, Azərbaycan əhalisi arasında panika, qorxu yaratmaq və öz çirkin niyyətinə çatmaq­dır. Lakin bütün təhlükələrə baxmayaraq, Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayır və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var– Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğaldan azad edilən bütün torpaqlarda qaldırılması və ərazi bütövlü­yümüzün bərpası.

Ermənistan silahlı qüvvələrindən fərqli olaraq, Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəfə almır. Xalqımızın mərd, igid əsgər və zabitləri əzəli, tarixi torpaqlarımızı yağıdan sonadək təmizləmək əzmindədir.

Müsahibədə cənab Prezidentin Şuşa ilə bağlı səsləndirdiyi fikirlər qəlbimi riqqətə gətirdi. Cənab İlham Əliyev dedi ki, onun üçün hər bir kəndin dəyəri, qiyməti eyni­dir. Lakin Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşa­sız bizim işimiz yarımçıq olar.

Mən zərrə qədər şübhə etmirəm ki, müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə Şuşanı, külli Qarabağı yağı düşməndən tezliklə təmizləyərək, tarixi ədaləti bərpa edəcək.

Esmira RƏHİMOVA, “Ailələrə sosial dəstək” İctimai Birliyinin sədri

18 Oktyabr 2020 02:26 - CƏMİYYƏT
CƏMİYYƏT
20 Oktyabr 2020 | 15:55
Qisas qiyamətə qalmaz
20 Oktyabr 2020 | 00:47
Xocalıdan Gəncəyədək...
19 Oktyabr 2020 | 14:12
Tarixi Qələbə cox yaxındadır

Köhnə versiyamızdan xəbərləri izlə