Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qarabağ Azərbaycana qayıtsın, orada ilk konserti özüm verəcəm”

“MTV Azərbaycan”da yayımlanan “10-da görüşək” verilişində virtual qo­naq olan türkiyəli müğənni Sərdar Ortac Türkiyənin Azərbaycana dəstəyi haqında danışıb. “Qarabağ Azərbaycana qayıtsın, azad olunsun, orada ilk konserti özüm verəcəm.”

Sərdar Ortac Qarabağ döyüşləri haqda aparıcı Samir Bayramlının suallarını cavablandırıb: "Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan dost, qardaşdır. Bütün türklər hamımız beləyik. Qarabağ getdi, Azərbaycan 30 il gözlədi, səbr etdi. Heç nə demədi. İndiki vəziyyətdə müharibə doğrudur. Yetər! Madam ki, sən danışmağı bacar­mırsan, təbii ki, müharibə olacaq. Çünki ora bizim torpaqdır. İnşallah, müharibə bitər".

Qeyd edək ki, məşhur müğənni "Instagram" sosial şəbəkəsində dəfələrlə Azərbaycana dəstəyini bildirib.

Hazırladı: M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

18 Oktyabr 2020 02:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Oktyabr 2020 | 15:42
Stadion xəstəxanaya çevrildi

Köhnə versiyamızdan xəbərləri izlə