Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı Türkiyə ilə münasibətləri müzakirə edəcək

Avropa Komissiyasının başçısı Şarl Mişel Türkiyə–Aİ münasibətlərinin və Şərqi Aralıq dənizindəki vəziyyətin təşkilata üzv dövlətlərin başçılarının dekabr sammitində müzakirə olunacağını bəyan edib. Bu barədə Mişel Brüsseldə keçirilmiş Aİ liderlərinin sammitindən sonra mətbuat konfransında bildirib.

“Anadolu”nun verdiyi məlumata görə, AK rəsmisi “Türkiyənin birtərəfli ad­dımlar” atdığını deyib: “Biz dekabrda yeni sammit keçirməyi planlaşdırırıq. Gündəlikdə Şərqi Aralıq dənizndəki vəziyyət və Türkiyə–Aİ münasibətləri olacaq”.

Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı mətbuat konfransında çıxış edən Almaniya Kansleri Ange­la Merkel də danışıb. O, həmin regionda gərginliyin azaldılması ilə bağlı çağırış edib və deyib ki, Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlərdə irəliləyiş olmasında hər iki tərəf ma­raqlıdır.

Merkel Avropa İttifaqının Aralıq dənizinin şərqi ilə bağlı vəziyyət barədə 14 gün əvvəl qəbul etdiyi bəyanatı dəstəklədiyini bildirib. O, eyni zamanda, Türkiyənin dənizə “Oruc Rəis” tədqiqat gəmisini göndərməsini tənqid edib və Ankara­nın belə bir qərar qəbul etməsindən təəssüfləndiyini qeyd edib.

Almaniya hökuməti baş­çısının fikrincə, “Oruc Rəis” gəmisinin təkrarən Şərqi Aralıq dənizinə göndərilməsi regionda gərginliyi daha da artıracaq.

Merkel əlavə edib ki, Türkiyə “təxribatçı addım­lardan” çəkinməlidir: “Biz gündəlikdəki ən müsbət məsələlər üzərində işləməliyik. Avropa İttifaqı və Türkiyədə yaxşı bilirlər ki, münasibətlərdəki irəliləyiş hər iki tərəfin marağına uyğundur”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

18 Oktyabr 2020 01:45 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
20 Oktyabr 2020 | 00:28
Polşada gərgin vəziyyət
20 Oktyabr 2020 | 00:27
Yeni simptom aşkarlanıb
20 Oktyabr 2020 | 00:26
Büdcə kəsiri artıb
20 Oktyabr 2020 | 00:26
Kiberhücumlar qeydə alınıb

Köhnə versiyamızdan xəbərləri izlə