Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna Prezidenti Türkiyədə səfərdə olub

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə gəlib. Həmin gün Türkiyə və Ukrayna liderləri İstanbulda əvvəlçə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə görüşərək, iki dövlət arasında bir sıra mühüm ikitərəfli və regional məsələləri müzakirə ediblər. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyə və Ukrayna prezidentləri geniş müzakirələrdən sonra birgə mətbuat konfransı keçiriblər. Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan bildirib ki, rəsmi Ankara Krım da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da dəstəkləməkdə davam edəcək. Onun sözlərinə görə, Ukrayna regionda sülhün, təhlükəsizliyin təmin olun­masında açar rolunu oynayan ölkələrdən biridir.

Liderlər beynəlxalq terrorla mücadiləni birgə səylərlə aparmağın vacib olduğunu xüsusi qeyd ediblər. Prezi­dent R.T.Ərdoğan deyib: “Biz, xüsusilə, FETÖ və digər terror təşkilatlarına qarşı birgə mübarizəmizi artırmaq istiqamətində razılığa gəldik”.

Türkiyə lideri, həmçinin məlumat verib ki, cənab V.Zelenskinin səfərininin nəticəsi olaraq, iki ölkə arasında iqtisadi və ticari əməkdaşlığı gücləndirmək məqsədilə bir çox sənədlər imzalanıb. Hər iki ölkə azad ticarət zonasının yaradılma­sı üzrə danıışıqların başa çatma­sının tərəfdarıdır. Tərəflər hərbi və müdafiə əməkdaşlığına dair bir sıra sənədlərə imza atıblar.

Məlumata görə, Ukrayna Müdafiə Nazirliyi ilə Türkiyənin Müdafiə Sənayesi Müdirliyi arasında “Niyyət bəyannaməsi”, eləcə də Ukray­na Nazirlər Kabineti ilə Türkiyə Hökuməti arasında Çərçivə hərbi sazişi imzalanıb.

Prezident V.Zelenski rəsmi Kiyevin Türkiyə ilə əməkdaşlığa böyük önəm verdiyini, iki ölkə arasında hərtərəfli əlaqələrin bundan sonra daha sürətlə inkişaf edəcəyinə ümid bəslədiyini bildirib. O, Ukrayna və Türkiyə dövlətləri arasında əməkdaşlığın gücləndirilməsində böyük xidmətlərinə görə ölkəsinin ali mükafatı – Birinci dərəcəli “Knyaz Yaroslav Mudrı” Ordenini Türkiyə Prezidentinə təqdim edib.

M.HACIXANLI, “Xalq qəzeti”

18 Oktyabr 2020 01:45 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
20 Oktyabr 2020 | 00:28
Polşada gərgin vəziyyət
20 Oktyabr 2020 | 00:27
Yeni simptom aşkarlanıb
20 Oktyabr 2020 | 00:26
Büdcə kəsiri artıb

Köhnə versiyamızdan xəbərləri izlə