Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səkkiz ay ərzində Azərbaycanda 2252 əkiz, 75 üçəm, 4 dördəm doğulub

Yanvar-avqust ayları ərzində Azərbaycanda 82 min 783 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 12,4 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaq­larıdır. Körpələrin 2252-si əkiz, 75-i üçəm, dördü isə dördəmdir.

Səkkiz ay ərzində ölkədə 42 min 475 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,4 təşkil edib.

18 Oktyabr 2020 01:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Oktyabr 2020 | 15:42
Stadion xəstəxanaya çevrildi

Köhnə versiyamızdan xəbərləri izlə