Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ayda internet şəbəkəsi qurulacaq

ABŞ Milli Kosmik Tədqiqatlar Agentliyi (NASA) Finladiyanın “Nokia” şirkəti ilə birgə əməkdaşlıq edəcək. Bildirilir ki, NASA “Nokia” şirkətinin Ayda “4G” mobil rabitə şəbəkəsi qurmaqla bağlı irəli sürdüyü təklifi bəyənib və bununla bağlı hazırlanmış layihəni maliyyələşdirəcəyini bəyan edib. Mütəxəssislərin qiymətləndirməsinə görə, Ayda infrastrukturun qurulmasına təxminən 14,1 milyon dollar vəsait xərclənəcək. Bu barədə “hightech.fm” saytı məlumat yayıb.

Qeyd edilir ki, NASA planlarına Ayda mobil bazaların qoşulması daxildir. Mütəxəssislər orada bir neçə tədqiqat və dağ-mədən mərkəzi quracaqlar. Onların fəaliyyəti, həmçinin sürətli məlumat mübadiləsi şəbəkəsindən asılı olacaq, məhz bunun üçün tədqiqatçılar “4G”-dən istifadə etmək istəyirlər, lakin onlar tezliklə “5G” şəbəkəsinə keçmək istəyirlər.

Bildirilir ki, bu məqsədlə sınaqlar zamanı tədqiqatçılar Nyu-Meksikadakı 4 teleskop və Yer kürəsinin orbitindəki peyklərin birindən istifadə ediblər. Siqnal lazerin köməyi ilə kodlaşdırılmış infraqırmızı impulslar şəklində ötürülüb. Teleskoplar 40 vatt gücündə siqnal göndərə biliblər. Alimlər Ayın səthində yükləmə sürəti 19,44 Mbit/s və ötürülmə sürəti 622 Mbit/s olan giriş nöqtəsi əldə etməyə müvəffəq olublar.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

18 Oktyabr 2020 01:38 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
20 Oktyabr 2020 | 00:28
Polşada gərgin vəziyyət
20 Oktyabr 2020 | 00:27
Yeni simptom aşkarlanıb
20 Oktyabr 2020 | 00:26
Büdcə kəsiri artıb
20 Oktyabr 2020 | 00:26
Kiberhücumlar qeydə alınıb

Köhnə versiyamızdan xəbərləri izlə