Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Namizədlər arasında sonuncu teledebat oktyabrın 22-də keçiriləcək

“Amerikanın səsi” radiosunun məlumatına görə, ABŞ Prezidenti Donald Tramp və onun demokrat rəqibi Co Bayden cümə axşamı ayrı-ayrı forumlarda seçicilərlə virtual görüşə qatılıblar. Bildirilir ki, əvvəlcədən elan edilmiş qaydalara əsasən, bu, üz-üzə debat olmalı idi. Lakin Prezident Donald Tramp oktyabrın 2-də koronavirusa yoluxduğunu açıqladıqdan sonra təşkilatçılar tədbiri virtual keçirməyi təklif ediblər. O, prezidentliyə namizədlərin ikinci debatından imtina edib. Bunun əvəzinə, rəqiblər arasında mübarizə Pensilvaniya və Florida ştatlarında ayrı-ayrılıqda seçicilərlə görüşlə müşayiət olunub.

“USA Today” nəşri isə “Nielsen” araşdır­ma xidmətinin müvafiq məlumatlarına əsasən məlumat yayıb ki, Demok­ratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Co Baydenin seçiciləri ilə gö­rüşünü televiziya vasitəsilə 14 milyondan çox amerikalı izləyib.

Qeyd olunur ki, Co Bay­denin görüşü yarım saatlıq təhlil də daxil olmaqla, iki saat davam edib.

NBC telekanalında ya­yımlanan hazırkı Prezidentin seçiciləri ilə görüşünü isə 13,5 milyon amerikalı izləyib. Yeri gəlmişkən, D.Trampın seçicilərlə görüşü bir saat davam edib.

Xatırladaq ki, cari seçki kampaniyası çərçivəsində debatların ilk turu sentyab­rın 29-da Ohayo ştatının Klivlend şəhərində baş tutub. Tramp və Bayden arasında növbəti – planlaş­dırılan üçüncü teledebatın isə oktyabrın 22-də Tennes­si ştatının Neşvill şəhərində keçirləcəyi açıqlanıb.

ABŞ-da ümumi seçkilər noyabrın 3-də keçiriləcək. Seçkilər zamanı prezi­dent və vitse-prezident, Nümayəndələr Palatasının 435 üzvünün hamısı və Senatını üçdə biri, habelə 13 ştat və ərazinin quberna­torları seçiləcək.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

18 Oktyabr 2020 01:38 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
20 Oktyabr 2020 | 00:28
Polşada gərgin vəziyyət
20 Oktyabr 2020 | 00:27
Yeni simptom aşkarlanıb
20 Oktyabr 2020 | 00:26
Büdcə kəsiri artıb
20 Oktyabr 2020 | 00:26
Kiberhücumlar qeydə alınıb

Köhnə versiyamızdan xəbərləri izlə