Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq verib

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr yerli vaxtla saat 00:00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq verib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, bu qərar ATƏT-in Minsk qrupu həmsədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının prezidentlərinin 2020-ci il 1 oktyabr tarixli bəyanatı, ATƏT-in Minsk qrupunun həmsədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.

17 Oktyabr 2020 22:49 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə