Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“The Guardian” qəzeti Ermənistanın Gəncəyə raket hücumundan yazıb

Böyük Britaniyanın “The Guardian” qəzetində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə raket hücumu barədə məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Baş Prokurorluğuna istinadla ölkəmizin ikinci ən böyük şəhəri Gəncənin Ermənistan tərəfindən ballistik raketlərdən istifadə edilməklə atəşə tutulması nəticəsində azı 12 nəfərin həlak olduğu, 40-dan çox insanın yaralandığı bildirilir. Qeyd olunur ki, Gəncənin yaşayış məhəllələrinə atılan iki raket 5 evi tamamilə dağıdıb, daha 15 evi zədələyib.

Qəzet yazır ki, bundan əlavə, Azərbaycanın hava hücumundan müdafiə qüvvələri Ermənistan tərəfindən energetiklər şəhəri olan Mingəçevirə atılan bir neçə raketi zərərsizləşdirib.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

17 Oktyabr 2020 21:43 -

Köhnə versiyamızdan xəbərləri izlə