Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AHİK Ermənistanın Gəncəyə hərbi təcavüzü ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası erməni terrorçularının Gəncəyə növbəti hücumu ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. AZƏRTAC  təqdim etdiyi həmin müraciətdə bildirilir:

“2020-ci il 17 oktyabr gecə saat 01 radələrində Ermənistanın növbəti dəfə Azərbaycanın ikinci ən böyük şəhəri olan, münaqişə zonasından 80 kilometr aralıda yerləşən Gəncəyə, mülki əhalinin sıx yaşadığı əraziyə “SCUD”(Elbrus) tipli ballistik raketlə hücum etməsi nəticəsində 13 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Ölən və yaralananlar arasında azyaşlı uşaqlar, qadınlar və yaşlılar da var.

Son iki həftə ərzində üçüncü dəfədir ki, Gəncə şəhəri Ermənistan tərəfindən şiddətli raket hücumuna məruz qalır. Nəzərinizə çatdıraq ki, indiyə kimi bu hücumlar nəticəsində Gəncədə 27 mülki şəxs həlak olub, 100-dən çox insan yaralanıb.

Ermənistan hərbi və siyasi rəhbərliyinin qəsdən və məqsədyönlü şəkildə münaqişə zonasından çox uzaqda yerləşən, 500 minlik əhalisi olan Gəncə şəhərini bombalaması, böyük dağıdıcı gücə malik “SCUD” (Elbrus) kimi raketlərdən istifadə edərək günahsız dinc əhalini hədəfə alaraq öldürməsi XXI əsrin tarixində insanlıq əleyhinə törədilmiş ən qanlı müharibə cinayəti kimi yer alacaq.

Ermənistanın bütün dünyanın gözü önündə törətdiyi bu vəhşilik, barbarlıq, terror aktı Azərbaycan ictimaiyyətini və eləcə də işçilərin hüquqlarını müdafiə edən bir təşkilat kimi bizi - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını dərindən narahat edir. Bizi narahat edən təkcə bu deyildir, bizi ciddi şəkildə məyus edən, dünyada təcavüzkarı durdurmağa və cəzalandırmağa borclu olan, dünya birliyi tərəfindən məhz bunun üçün yaradılan BMT-nin Təhlükəsizlik Şurasının Gəncədə yaşanan insanlıq dramına, törədilən soyqırımına və müharibə cinayətlərinə hələ də səssiz qalmasıdır.

BMT-nin nizamnaməsinə, beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa görə ən azından bu əmri verən Ermənistanın siyasi və hərbi rəhbərliyi - Paşinyan və Tonoyan, əmri icra edən digər hərbiçilər hərbi cani elan olunmalı və onların dərhal tutularaq müvafiq qaydada cəzalandırılmaları üçün BMT Təhlükəsizlik Şurasının prosedurları işə düşməlidir.

BMT Təhlükəsizlik Şurası Ermənistanın törətdiyi cinayətə bu dəfə də səssiz qalarsa, həmin qurumun təcavüzkar, mülki əhalinin qatili olan Ermənistan hərbi rəhbərliyinin tam müdafiəsi və törədilən beynəlxalq cinayətlərə haqq qazandırılması, bu cinayətlərə şərik olmaları anlamına gələcəkdir. Tarix isə bunu heç vaxt və heç kimə bağışlamayacaq!

Ona görə də biz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 1,5 milyon üzvü adından BMT Təhlükəsizlik Şurasından təcili toplanaraq, ilk növbədə, Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayəti qəti şəkildə pisləməsini, sahib olduğu mandatdan istifadə edərək Gəncənin bombalanması əmrini verən, çoxlu sayda mülki əhalinin ölümünə səbəb olan təcavüzkar Ermənistanın baş naziri Nikol Paşinyanın və müdafiə naziri David Tonoyanın sərt şəkildə cəzalandırılması üçün müvafiq addımlar atılmasını tələb edirik”.

17 Oktyabr 2020 16:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə