Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik: Məhəmməd Füzulinin ruhu doğma torpağına qovuşdu

Gəncə şəhərində dinc əhalinin, mülki şəxslərin yaşadığı binalarda növbəti böyük həcmli dağıntıların baş verməsi, qurbanların verilməsi Ermənistan dövlətinin təcavüzkar, qəsbkar və terrorçu, cinayətkar dövlət olduğunu bir daha bütün dünyaya təqdim edir.

Azərbaycan Ordusunun düşmən tərəfdə dinc əhaliyə atəş açmayaraq, yalnız döyüş meydanlarında qəsbkarlarla üz-üzə onlara layiq haqq-hesab kəsməsi Prtezident, Ali Baş Komandan İlham Əliyevin bəşəri normalara uyğun mövqeyinin və Azərbaycan xalqının humanist simasının reallığıdır. Bu günə qədər düşməndən geriyə alınmış torpaqlarımızla birlikdə Füzuli rayonunun işğaldan azad olunması isə Azərbaycan Ordusunun tarixi qələbəsidir.

Füzuli rayon mərkəzinin və kəndlərinin düşməndən alınaraq xalqımıza qaytarılması Dağlıq Qarabağ uğrunda müharibənin taleyini həll edən mühüm hərbi-siyasi hadisədir. Bu qələbə həm də müharibənin dinc, günhsız qurbanlarının qisasının Ermənistanın sərsəm rəhbərliyindən və quduzlaşmış silahlı qüvvələrindən alınması deməkdir.

Füzuli torpaqlarının azad olunması ilə məzarı Kərbəlada, ruhu Azərbaycanda--Qarabağda olan böyük Azərbaycan şairi Məhəmməd Füzulinin nigaran ruhu yenidən onun doğma torpağına qovuşdurulmuşdur.

Füzuli ətrafında ordumuzun fəth etdiyi yüksəkliklərdən artıq Şuşanın dağları aydın görünür.

Qəhrəman ordumuza eşq olsun! Qarabağ Azərbaycandır!

İsa HƏBİBBƏYLİ,
AMEA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

17 Oktyabr 2020 16:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə