Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türk Dünyası Mühəndislər və Memarlar Birliyi Ermənistanın işğalçı siyasətini pislədi

Baş ofisi Ankarada yerləşən Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin Gazi Universiteti Mədəniyyət Mərkəzində kecirilən geniş iclasında birliyin quruluş günü qeyd edilmiş, tədbirdə  idarə heyətinin üzvləri, işçi komissiyaların rəhbərləri və birliyin təmsilçiləri iştirak etmişdir. Ankaranın paytaxt elan edilməsinin 96-cı ildönümünə təsadüf edən tədbirdə "Qarabağın keçmişi, bu günü və gələcəyi" mövzusunda müzakirələr də keçirilmişdir. Tədbir iştirakçıları  Ermənistan silahlı qüvvələrinin işğalçı, təcavüzkar və terrorçu siyasətinə etiraz olaraq dünya içtimaiyyətinə müraciət qəbul etmişlər.  Müraciətdə  deyilir:

- Dünya ictimaiyyətinə səslənirik. 30 il əvvəl Azərbaycanın ərazi bütövlüyünə qəsd edən, Xocalı qətliamına imza atan, günahsız insanları vəhşicəsinə öldürən, bu torpaqlarda sahib olduğumuz mədəniyyət abidələrini varvarcasına məhv edən Ermənistan  sentyabrın 27-də  ağır silahlarla Azərbaycan torpaqlarına və qardaşlarımıza hücum etdilər.  Bu işğal və qəsbkar hücumları Türk Dünyası Mühəndislər və Memarlar Birliyi olaraq qətiyyətlə pisləyir, Azərbaycan xalqınının öz ərazi bütövlüyünü qorumaq və işğaldan azad etmək uğrunda qalxdığı mübarizəni dəstəkləyirik. Bu gün atəşkəs razılaşmasına məhəl qoymayan, dünyanın gözü önündə Qarabağdan cox uzaqlarda yerləşən şəhər və kəndləri, dinc əhalini raket atəşinə tutan erməni təcavüzünü lənətləyirik.

Əminik  ki, bütün türk dünyası və ədalətə inanan dünyanın bütün xalqları Azərbaycanın yanındadır. Həm də inanırıq ki, Türkiyə Cümhuriyyəti başda olmaqla bütün türk dünyası Qarabağ torpaqlarını işğaladan azad edənə kimi qardaş Azərbaycana dəstəklərini davam edəcəklər. Bu cür təcavüzkar hadisələr bütün türk dünyasını və türk xalqlarını daha sıx birləşdirəcək və gücləndirəcəkdir. Qalib  Azərbaycan bayrağı Qarabağda əbədi dalğalanacaqdır.

Torpaqlarını qorumaq və  işğaldan qurtarmaq üçün mücadiləyə qalxıb  şəhid olan azərbaycanlı qardaşlarımıza Allahadan rəhmət, yaralılarımıza tezliklə sağalmalarını diləyirik. Allah bütün qardaşlarımızın və bütün Türk Dünyasının yardımçısı olsun.

Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin dünya içtimaiyyətinə müraciətinin sonunda bildirilir ki, dünya unutmasın ki, Azərbaycan tək deyildir. Biz birlikdə böyük türk millətiyik, qələbə Azərbaycan xalqınındır. Qarabağ Azərbaycandır.

 “Xalq qəzeti”

17 Oktyabr 2020 13:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə