Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev RİA Novosti agentliyinə müsahibədə Ermənistanın baş nazirini bir daha ifşa etdi

Hazırda dünya ictimaiyyətinin  diqqəti  sentyabrın 27 – də başlanan Ermənistan – Azərbaycan münaqişəsinə yönəlib. Söz yox ki,  bir sıra nüfuzlu beynəlxalq qurumlar, eləcə də tanınmış ekspertlər, inkişaf etmiş dövlətlərin rəsmləri münaqişənin dərhal dayandırılmasını, sülh danışıqlarının davam etdrirlməsini tələb edirlər. Təəssüf ki, bütün bunlar yenə də birtərəfli şəkildə – Ermənistanın hərbi təcavüzünü nəzərə almadan tələb olunur. Dövlət başçımızın  son vaxtlar dünyanın aparıcı televiziya kanallarına verdiyi müsahibələrdə də birmənalı şəkildə bildirilir ki, sentyabrın 27- də təxribat, sonra isə müharibə məhz Ermənistan tərəfindən başlanılıb.

Dünyada baş alıb gedən ikili standartlar, həmçinin ayrı-seçkilik, işğalçı ölkəyə  dəstək bu dəfə də özünü açıq şəkildə büruzə verir. Beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupu  yenə də Ermənistanın hərbi təzcavüzünü  ört- basdır edir, nəyinsə xatirinə heç bir əhəmiyyət kəsb etməyən  bəyanatlar verir, işğalçıya ciddi təsir göstərmirlər. Bu, Ermənistanı daha da quduzlaşdırır.

Prezident İlham Əliyev dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində həm  Ermənistanın işğalçı siyasətini, həm bu ölkənin baş naziri Nikol Paşinyanın faşizm ideologiyasına rəğbətini, həm də təcavüzkar ölkənin  havadarlarını  kəskin tənqid edir, onların iç üzünü açır və sentyabrın 27- dən indiyədək Ermənistan ordusnun vəhşiliyi, barbarlığı  barədə faktlarla məlumat verir. Dövlətimizin başçısının  oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində də bunun şahidi olduq.  Onu da qeyd edək ki, RİA Novosti agentliyi tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyana eyni suallar verilib və eyni cavab imkanı yaradılıb. Həmişə oduğu kimi, bu dəfə də Paşinyan ona verilmiş suallardan yayınmağa çalışıb, necə deyərlər, gah nala, gah mıxa vurub. Axı, bu adam işğalçı olduğunu, nasizmə rəğbətini, azərbaycanlı mülki əhalinin qətlə yetirliməsində günahkar olduğunu necə dana bilər? Bunların hamısı danılmaz faktlardır.

Jurnalistin “Sentyabrın 27-dən başlayan hərbi əməliyyatları necə qiymətləndirirsiniz, itkilər necədir, sizin qiymətləndirmənizə görə, əsir düşənlər çoxdur?” -- sualına cavab verən dövlətimizin başçısı Ermənistan ordusnun faşistlərdən də qəddar olduğunu faktlarla diqqətə çatdırdı. Dedi ki, sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb. Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf edildi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı. Hazırda o, ifadə verir.

Dövlət başçımız sentyabrın sonunda  yaşayış məntəqələrimizin yenidən artilleriya atəşlərinə məruz qaldığını diqqətə çatdırdı. Bildirdi ki, elə ilk saatlarda bizdə həm dinc əhali, həm də hərbi qulluqçular arasında tələfat oldu. Bu günə qədər bizdə dinc əhali arasında 43 nəfər həlak olan və 200-dən çox yaralı var, təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın ev ya tamamilə dağıdılıb, ya da zərər çəkib. Təəssüf ki, atəşkəs parametrləri razılaşdırıldıqdan sonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam edir, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 10 nəfər dinc sakin həlak olub və 40-a yaxın adam yaralanıb.

Baş nazir Nikol Paşinyan isə cavabdan yayınır.  Mahiyyəti üzrə cavab alınmadığına görə, sual bir daha izah formasında verilir. Paşinyan baş verənləri  təhlil etmək və auditoriyaya öz fikrini çatdırmaqda çətinlik çəkir.  O, yen də şantaja əl atır, ümumilikdə həlak olanların çox olduğunu deyir və suladan yayınaraq, Türkiyə və Azərbaycanın qısa müddətdə Dağlıq Qarabağı nəzarətə götürmək planının baş tutmadığını bildirir. Halbuki, bu gün dünya ictimaiyyətinə də bəllidir ki, Azərbaycan əsgəri öz ərazisndə vuruşur, ölkəsinin ərazi bütövlüyünü təmin edir, işğal altında olan əraziləri azad edir. Paşinyan sualın cavabını bilməyən tələbə təəssüratı bağışlayır. O, mövcud vəziyyəti ayıq qiymətləndirmək imkanından məhrum olmuş şəxsə bənzəyir. Çünki dövlət başçımızn ortaya qoyduğu faktlar qarşısında acizdir. Axı, bütün vəhşiliklərin hamısını Ermənistan  ordusu törədib. Bunu necə dana bilər? Bu gün Ermənistan ordusnunda muzdluların və PKK təmsilçilərinin  olması da ört- basdır edilə bilməz. Bunu  hər iki dövlət başçısına  ünvanlanmış “Müxtəlif istiqamətlərdən Suriya və Liviyadan Azərbaycan Ordusunun tərəfində muzdluların iştirak etdiyini eşidirik. Buna nə dərəcədə inanmaq olar” -- sualına verilən cavablar da  təsdiqlədi. 

Dövlətimizin başçısı Azərbaycanda hər hansı xarici hərbi iştirakçıya  ehtiyac olmadığını bildirdi və bizim orduda 100 mindən çox döyüşçü olduğunu diqqətə çatdırdı.  “ Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər”, –deyən ölkə Prezidenti bu gün malik olduğumuz silahlı dəstələr onların qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə qadir olduğunu vurğuladı.  Ölkə başçısı bir daha bəyan etdi ki,  Azərbaycan ərazisində indiki hərbi toqquşmalarda iştirak edən xarici silahlı dəstələrin mövcudluğu barədə heç kəs heç bir sübut təqdim etməyib. Bizim rəsmi mövqeyimiz belədir ki, bizdə heç bir əcnəbi muzdlu yoxdur.

Paşinyanın  isə bu sual qarşısında da aciz qaldı. Çünki işğalçı ölkənin  ordusnun tərkibində muzdlu döyüşçülərin olması dəfələrlə sübut olunub. Siyasi savadı,  dövlət idarəçiliyində  təcrübəsi olmayan, məhdud dünyagörüşlü Paşinyan, həqiqətən də, hesab edir ki, daxildə istifadə etdiyi yalanları nöqtə-vergülünə dəymədən beynəlxalq auditoriya qarşısında da səsləndirə bilər. Bununıla da , guya,  Ermənistanın işğalçı siyasətini  ört- basdır edəcək.  Düşüncəsi bura qədərdir. Çünki hələ də dərk etmir ki, artlq dünya  erməni terroru, vandal aktları barədə məlumatlıdır.  Paşinyan Azərbaycanın 30 ildir Ermənistanın işğalçı siyasətindən əziyyət çəkdiyni yaxşı bilir. Bu müddət ərzində Ermənistanın terrorçularının, yaraqlılarının törətmədikləri vəhşilik, soyqırımı qalmayıb. Bu, faşizm ideologiyasının məntiqi davamıdır.

Televiziya əməkdaşının  digər sualları qarşısında  da aciz qalan Paşinyanın faşist xisləti bir daha bəyan oldu. Azərbaycan Prezidenti isə özünəməxsus liderliyi ilə sualları faktlarla cavablandıraraq  bir daha hər üç cəbhənin -- döyüş, diplomatiya və informasiya cəbhələrinin müdrik sərkərdəsi olduğunu təsdiqlədi.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

17 Oktyabr 2020 10:52 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə