Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir

Hadisə baş verəndən dərhal sonra axtarış-xilasetmə işlərinə başlanılıb, 10 nəfərdən çox mülki şəxs həlak olub. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Əraziyə təkrar baxışlar keçiriləcək, dəyən ziyan müəyyənləşdiriləcək. Bunu Gəncədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, Gəncədə əhali arasında heç bir təşviş yoxdur: "Təkcə Gəncə deyil, digər şəhər və rayonlarda da yaşayış məntəqələrini raket atəşinə tuturlar, bu, vandalizmdir. Erməni vandalları dərslərini alırlar, Azərbaycan Ordusu qətiyyətlə irəliləyir. Ali Baş Komandan tarix yazır”.

K.Heydərov qeyd edib ki, dağılan bütün yerlər bərpa olunacaq, sakinlər mənzillərlə təmin ediləcək.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bu gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirib. Nəticədə yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb. İndiyədək dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 13 nəfərin meyiti çıxarılıb.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

17 Oktyabr 2020 11:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə