Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistan portalları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və təcavüzündən yazır

Özbəkistanın “fikr.uz”, “interfax.uz”, “tnews.uz” və “nargis.uz” portallarında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və təcavüzü ilə bağlı özbək və rus dillərində məqalələr çap olunub.

AZƏRTAC xəbər verir ki, “fikr.uz” və “interfax.uz” portalları Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Ria Novosti” agentliyinə müsahibəsi ilə əlaqədar material verib. Yazıda dövlət başçısının müsahibəsindən sitatlar gətirilir. Bildirilir ki, Prezident İlham Əliyev torpaqlarımız azad edildikdən sonra erməni icması və Azərbaycan icmasının dinc yanaşı yaşaması ilə bağlı deyib: “Gələcəkdə Dağlıq Qarabağ ərazisində erməni icması və Azərbaycan icması dinc yanaşı yaşamalıdır. Yeri gəlmişkən, Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən çoxminlik erməni icmasının mövcud olduğu Bakıda, Rusiyada, Gürcüstanda, digər ölkələrdə ermənilərlə azərbaycanlılar bəzən bir kənddə yaşayır və işləyir, onların arasında heç bir ziddiyyət yaranmır”.

“nargis.uz” portalı yazır ki, oktyabrın 10-da Moskvada humanitar atəşkəs rejimi qəbul edildikdən sonra da Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə şəhərini və digər rayonları, o cümlədən kəndləri raket atəşinə tutmaqda davam edir. Bu da 1949-cu ildə imzalanmış Cenevrə Konvensiyasına və mülki əhalinin atəşə tutulması ilə bağlı digər konvensiyalara ziddir.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir.

17 Oktyabr 2020 10:05 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə