Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da 900 minədək insan işsizlik təzminatı üçün müraciət edib

ABŞ-ın Əmək Nazirliyinin rəsmisi koronavirus pandemiyasının əmək bazarına zərbə vurmaqda davam etdiyini bildirib. Bu barədə “Amerikanın səsi” məlumat ayyıb. 

Xəbərdə qeyd edilir ki, keçən həftə ABŞ-da təxminən 900 min insan işsizlik təzminatı üçün müraciət edib. Bu, təxminən iki ayın ən yüksək həftəlik göstəricisidır. 
ABŞ-da 10 milyondan çox insan işsiz qalıb ki, hazırda işsizlik nisbəti 6,8 faiz səviyyəsindədir və iqtisadçılar bu rəqəmin qarşıdakı aylarda yüksələ biləcəyini deyir. Amerikadakı koronavirus pandemiyası səbəbindən itirilən 22 milyon iş yerinin yalnız yarısından bir az çoxu bərpa olunub.
Bu ilin əvvəlində ABŞ-da işlərin məcburi dayandırılması zamanı işdən çıxarılan milyonlarla işçi geri çağırılıb. Lakin bəzi daha çox zərər çəkən müəssisələr tamamilə bağlandığı üçün işçilər yeni iş axtarmalı olublar.
Bundan əlavə, “AT&T”, “Warner Media”, “Walt Disney” və “Allstate” kimi böyük şirkətlər və bir neçə hava yolları şirkətləri son həftələr böyük ixtisarlar etmişdir. 
Beləliklə, dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ iqtisadiyyatı öz yerini bərpa etmək üçün mübarizə aparır. Prezident Donald Tramp və Demokrat millət vəkilləri arasında yeni bir koronavirus yardım paketi ilə bağlı danışıqların həftələrdir davam etməsinə baxmayaraq, razılıq əldə edilməyib.
Sonda bildirək ki, bu il iyul ayının sonunadək hökumət işsizlərə həftədə 600 dollar ödəyirdi. Prezident Donald Tramp avqustun 8-də milyonlarla işsiz amerikalıya vaxtı keçmiş müavinətlərin bir hissəsini və bir çox işləyən amerikalı üçün əmək haqqı vergisini təxirə salmaqla bağlı qərar imzalayaraq, bu məbləği 400 dollara endirib.

 

M.HACIXANLI, 
“Xalq qəzeti”

16 Oktyabr 2020 22:10 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
28 Oktyabr 2020 | 00:41
Sanksiya qərarı
28 Oktyabr 2020 | 00:40
Ən güclü superkompüter
28 Oktyabr 2020 | 00:39
Ay səthində su tapılıb

Köhnə versiyamızdan xəbərləri izlə