Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Düşmənin atdığı raket və mərmilərin mülki obyektlərimizə vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlərin icrasına başlanıb

Fövqəladə Hallar Nazirliyindən  bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə əhalinin təhlükəsizliyinin təmin olunması və mövcud problemlərin aradan qaldırılması məqsədilə müvafiq komissiya yaradılıb. Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) və aidiyyəti yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə yerlərdə araşdırma işlərinə başlanıb.

Yaradılmış komissiya artıq Mingəçevirdə araşdırma-qiymətləndirmə işlərini başa çatdırıb. Gəncə şəhəri üzrə işlər də qısa müddətdə yekunlaşdırılacaq. Hazırda işlər Bərdə, Beyləqan və Ağcabədi rayonlarında aparılır. Həmçinin yaxın günlərdə Cəbrayıl, Füzuli, Naftalan və Göygöl rayonlarında da komissiya tərəfindən araşdırma-qiymətləndirmə işlərinə başlanılacaq.

Müharibə vəziyyətində ölkədə infrastruktur və mülki obyektlərin bərpası və tikintisi Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və dövlətimizin başçısının vətəndaşlara qayğısının əyani təzahürüdür.

16 Oktyabr 2020 17:12 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə