Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan jurnalistləri Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş ərazilərində olublar

Azərbaycanın mətbuat nümayəndələri erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda olublar.

Cəbhə bölgəsinə ezam edilmiş müxblər Cəbrayıl rayonunda işğalın izləri ilə tanış olub, erməni vəhşiliyinin fəsadlarını gözləri ilə görüblər.

Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ordumuz düşmənin hücumlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başlayıb.

16 Oktyabr 2020 16:59 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə