Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peşə təhsili müəssisələrinə 53 müəllim işə qəbul olunub

2020-2021-ci tədris ilində ilk dəfə olaraq respublikamızda fəaliyyət göstərən peşə təhsil müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulu mərkəzləşdirilmiş qaydada Təhsil Nazirliyinin Müəllimlərin İşə Qəbul (MİQ) sistemi vasitəsilə həyata keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin yekunlarına əsasən, Bakı, Gəncə, Sumqayıt şəhərləri, İsmayıllı, Quba, Sabirabad və digər rayonlarda fəaliyyət göstərən peşə təhsili müəssisələrinə 53 müəllim işə qəbul olunub. Müxtəlif ixtisaslar üzrə işə qəbul edilən müəllimlərdən 20-nin nəticəsi 55 bal və daha yüksək olub.

Qeyd edək ki, MİQ vasitəsilə işə qəbul edilən ümumtəhsil fənn müəllimlərinin orta balı 51-ə bərabərdir. Uğurlu nəticə göstərən namizədlərin orta yaş göstəricisi isə 25 yaşdır. Ümumilikdə peşə təhsil müəssisələrinə MİQ vasitəsilə işə qəbul edilmiş ümumtəhsil fənn müəllimləri arasında ən yüksək göstərici 57 bala bərabər olub.

Statistik təhlillər göstərir ki, son illər peşə təhsili sistemində aparılan islahatlar bu pillədə tədrisi aparmaqda maraqlı olanların sayına müsbət təsir edir.

16 Oktyabr 2020 14:55 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə