Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıtda ictimai nəqliyyatda karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət məqsədilə monitorinq aparılıb

Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişinlərə qarşı növbəti reyd keçirilib.

AZƏRTAC xəbər verir ki, reyd Sumqayıt Şəhər İcra Hakimiyyətinin Hacı Zeynalabdin qəsəbəsi üzrə icra nümayəndəliyinin, Hacı Zeynalabdin bələdiyyəsinin, “Sumqayıt Nəqliyyat” MMC-nin və Sumqayıt Dövlət Yol Polisi şöbəsinin təşkilatçılığı ilə baş tutub.

Reyd zamanı avtobuslarda maskadan istifadə etməyən sərnişinlər müəyyən edilib. Onlar müvafiq olaraq cərimə edilib. Belə hallara yol verən avtobus sürücüləri barəsində də ciddi tədbirlər görülərək onlara xəbərdarlıq edilib. Eyni zamanda, vətəndaşlara fərdi tibbi gigiyena əşyaları paylanılıb.

Sumqayıt şəhəri ərazisində karantin rejimi qaydalarına əməl olunmasının təmini məqsədilə nəzarət mütəmadi şəkildə davam etdiriləcək. Qaydalara əməl etməyən şəxslər barəsində sərt intizam tədbirləri görüləcək.

16 Oktyabr 2020 09:50 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə