Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şikayət yerində araşdırılıb

Şikayət yerində araşdırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə  Nəsimi rayonu, 20 yanvar küçəsi 22 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı köküstə yaş  müxtəlif cinsli 3 ədəd ağacın kəsildiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib.

Ekologiya və Təbii sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,qanun pozucusunun müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbir görülməsi məqsədilə Bakı Şəhər Polis İdarəsinə məktubla müraciət olunub.

Sözügedən əraziyə yeni ağacların əkilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş”  verilib.

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”

 

                                              

 

 

 

 

28 2018 16:04 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə