Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 392 Bakı şəhəri, 15 oktyabr 2020-ci il

“Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2000-ci il 15 avqust tarixli 141 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 141 nömrəli Qərarı (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 645; 2019, № 3, maddə 513) ilə təsdiq edilmiş “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısı” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci  il 15 oktyabr

tarixli 392 nömrəli Qərarı ilə

 təsdiq edilmişdir.

 

 

Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin

 

SİYAHISI

 

 

  1.  Dispanser müşahidəsinin I, II və V qruplarına aid olan şəxslərdə vərəm xəstəliyi
  2.  Bütün növ infeksion (yoluxucu) xəstəliklər
  3.  Lokalizasiyasından asılı olmayaraq III və IV dərəcəli bədxassəli yenitörəmələr
  4.  Dispanser müşahidəsi bitənədək psixi (ruhi) və davranış pozuntuları
  5.  Narkomaniya, toksikomaniya (dərman asılılığı) və alkoqolizm.
16 Oktyabr 2020 03:11 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə