Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 391 Bakı şəhəri, 15 oktyabr 2020-ci il

“Koronavirus (COVID-19) pande­miyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkar­lıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2020-ci il 9 iyul tarixli 249 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qaydanın 3.2-ci bəndində “6 (altı)” sözləri “12 (on iki)” sözləri ilə əvəz edilsin.

2. Həmin Qaydanın 3.3-cü bəndinin birinci cümləsinə “10 (on) faiz” sözlərindən sonra “, ərzaqlıq buğda təchizatçılarına münasibətdə 15 (on beş) faiz” sözləri, ikinci cümləsinə “10 (on) faizdən” sözlərindən sonra “, ərzaqlıq buğda təchizatçılarına münasibətdə isə 15 (on beş) faizdən” sözləri əlavə edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

16 Oktyabr 2020 03:11 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə