Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 388 Bakı şəhəri, 14 oktyabr 2020-ci il

“Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qay­dada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haq­qında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulma­sı qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 1999-cu il 15 mart tarixli 39 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 195; 2001, № 10, maddə 663; 2003, № 6, maddə 342; 2006, № 5, maddələr 463, 472, № 9, maddə 822, № 10, maddə 902, № 11, maddə 989; 2008, № 2, maddələr 116, 125, № 8, maddə 782; 2009, № 6, maddə 491; 2010, № 8, maddə 764; 2011, № 5, maddə 454; 2012, № 2, maddə 185, № 5, maddə 486; 2013, № 5, maddə 574, № 6, maddə 747, № 8, maddə 1001; 2014, № 5, maddə 551, № 8, maddə 1020, № 12, maddə 1684; 2015, № 4, maddələr 462, 468, № 8, maddə 971; 2016, № 2 (II kitab), maddə 385, № 4, maddə 815; 2017, № 4, maddə 620, № 6, maddə 1246, № 8, maddə 1628; 2018, № 5, maddə 1118, № 9, maddə 1917, № 10, maddələr 2166, 2175) ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.6-cı bəndin doqquzuncu abzasından “və hesab-arayış blankları” sözləri çıxarılsın.

2. 2.9-cu bənd üzrə:

2.1. ikinci abzasda “satılması barədə istehsalçı müəssisənin verdiyi arayış-hesab” sözləri “alqı-satqı müqaviləsi” sözləri ilə əvəz edilsin;

2.2. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

“komisyon və ticarət təşkilatları ilə bağla­nılmış alqı-satqı müqaviləsi;”.

3. 2.10-cu bənddə “satılmaq barədə arayış-hesab” sözləri “alqı-satqı müqaviləsi” sözləri ilə əvəz edilsin.

4. 2.13-cü bənd üzrə:

4.1. birinci cümlədə “mağazanın verdiyi arayış-hesab” sözləri “lotereya təşkilatçısının verdiyi arayış” sözləri ilə əvəz edilsin;

4.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Arayışda nəqliyyat vasitəsini udmuş şəxs haqqında məlumatlar yazılır, lotereya təşkilatçısı tərəfindən imza edilir və möhürlə təsdiqlənir.”.

5. 2.14-cü bəndin birinci cümləsində “mağazanın arayış-hesabı” sözləri “komisyon mağaza ilə bağlanılmış alqı-satqı müqaviləsi” sözləri ilə, ikinci cümləsində “alıcıya verilən arayış-hesabda” sözləri “alıcı ilə bağlanılan alqı-satqı müqaviləsində” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

16 Oktyabr 2020 03:07 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə