• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da keçirilən simpoziumda Azərbaycan multikulturalizmindən söhbət açılıb

ABŞ-da keçirilən simpoziumda Azərbaycan multikulturalizmindən söhbət açılıb

ABŞ-ın Yuta ştatının Provo şəhərində yerləşən nüfuzlu Briqam Yanq Universitetində “Beynəlxalq hüquq və din” mövzusunda keçirilən simpoziumda Azərbaycan multikulturalizmi əsas müzakirə mövzularından olub. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Bildirilib ki, 50 ölkədən 150-dək siyasi-ictimai və din xadimlərinin, elm, QHT və media nümayəndələrinin qatıldığı simpoziumda insan haqları, dini azadlıqların qorunması və digər mövzular üzrə müzakirələr aparılıb.
Simpoziumda çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkəmizdə mövcud olan dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verərək, əhalisinin əksəriyyəti müsəlman olan respublikamızda İslam dini ilə yanaşı, digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.
Baş konsul Azərbaycanda tarixən mövcud olan bu ənənələrinin qorunması və inkişafının, eləcə də multikultural dəyərlərin təbliğinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Rəsmi Bakının dinlərarası harmoniyaya verdiyi töhfələrdən bəhs edən baş konsul Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Vatikanda tarixi katakombaların, eləcə də Fransa, Rusiya və Bolqarıstanda tarixi-dini abidələrin bərpası üçün gördüyü işlərdən də söhbət açıb.

M.MÜKƏRRƏMOĞLU, 
 “Xalq qəzeti”

15 Oktyabr 2018 22:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin