• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parlaq uğurlarımız düzgün idarəçiliyin nəticəsidir

Parlaq uğurlarımız düzgün idarəçiliyin nəticəsidir

Bu il oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlətimizin başçısı iclasda dərin məzmunlu, parlaq giriş və yekun nitqləri ilə şıxış edib. 
İclasın materialları ölkə ictimaiyyətində dərin maraq doğurub. Bu barədə söz düşəndə Sabirabadın Qaratəpə kəndindən olan Sosialist Əməyi Qəhrəmanı, 1-ci dərəcəli “Əmək” ordenli, məşhur pambıq ustası, fermer Fatma Hüseynova dedi: 
– Mən iclasın materialları ilə mətbuat səhifələrində dərin maraqla tanış oldum. Möhtərəm İlham Əliyev giriş nitqinin əvvəlində bildirdi ki, 2018-ci il ölkəmiz üçün uğurlu olmuşdur. Belə ki, Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır.
Cənab Prezident ölkəmizin aqrar sektorunda baş verən uğurlardan bəhs edərək dedi ki, son illər kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət, qayğı və dəstək göstərilir. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. Bu, kifayət qədər yaxşı göstəricidir.
Əlbəttə, ölkəmizin hərtərəfli inkişafı, xüsusilə də son illər pambıqçılıqda əldə olunan müsbət nəticələr, hamı kimi, məni də çox sevindirir. Bu uğurlar, ilk növbədə, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin apardığı düzgün, düşünülmüş xarici və daxili siyasətin nəticəsində əldə olunub. Əgər Azərbaycanda sabitlik, düzgün idarəçilik olmasaydı, ölkəmiz bu qədər sürətlə inkişaf və tərəqqi edə bilməzdi. Bir daha vurğulamaq istəyirəm: Ölkəmizin parlaq uğurları düzgün idarəçiliyin nəticəsidir.
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın gələcəyinin daha parlaq olacağına, xalqımızın maddi rifahının daim yaxşılaşacağına tamamilə inanıram. Sadəcə, hər birimiz təmsil olunduğumuz sahələrdə daha yaxşı işləməli, xalqımızın, Vətənimizin uğurlarını artırmağa çalışmalıyıq. İclasdan özüm üçün əxz etdiyim həqiqət məhz budur.    

Söhbəti qələmə aldı: 
M.HACIXANLI, 
“Xalq qəzeti”   

15 Oktyabr 2018 22:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin