• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Аzərbaycanda əhalinin sayı 9,95 milyon nəfərdən çoxdur

Аzərbaycanda əhalinin sayı 9,95 milyon nəfərdən çoxdur

2018-ci ilin əvvəlindən ölkə əhalisinin sayı 52427 nəfər və ya 0,5 faiz artaraq sentyabr ayının 1-də 9950512 nəfərə çatmışdır. 
Statistika Komitəsinin məlumatına görə əhalinin sıxlığı bir kvadrat kilometrə 115 nəfər olmuşdur. Əhalinin 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinləridir.
Yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 90523, yaxud hər gün orta hesabla 373 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,8 təşkil etmişdir. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. 
Yanvar-avqust aylarında ölkədə 39496 ölüm halı qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 6 nəfər təşkil etmişdir. Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2387 nəfər gələn, Azərbaycandan isə 987 nəfər gedən qeydə alınmışdır.
Bu ilin 8 ayında qeydiyyat şöbələri tərəfindən 40235 nikah və 9877 boşanma halları qeydə alınmışdır.

Samirə ƏLİYEVA, “Xalq qəzeti”

15 Oktyabr 2018 22:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin