Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 441 Bakı şəhəri, 12 oktyabr 2018-ci il
 
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1181-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1181-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 212 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 9 mart tarixli 140 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə “sərhəd mühafizəsi orqanlarının nəzarət-buraxılış” sözləri “sərhəd nəzarəti” sözləri ilə əvəz edilsin;
1.2. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd mühafizəsi orqanlarının nəzarət-buraxılış məntəqələri haqqında Əsasnamə” üzrə:
1.2.1. adında və mətnində ismin müvafiq hallarında “mühafizəsi orqanlarının nəzarət-buraxılış” sözləri ismin müvafiq hallarında “nəzarəti” sözü ilə əvəz edilsin;
1.2.2. 2-ci bölmənin ikinci hissəsinin birinci abzasında “nəzarət-buraxılış” sözləri “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış” sözləri ilə əvəz edilsin;
1.2.3. 3-cü bölmənin birinci hissəsinin dördüncü abzasında “Sərhəd qoşunları” sözləri “Sərhəd mühafizə orqanları” sözləri ilə, “nəzarət-buraxılış” sözləri “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış” sözləri ilə əvəz edilsin;
1.2.4. 4-cü bölmənin adında və 5-ci bölmənin beşinci hissəsində “Nəzarət-buraxılış” sözləri “Sərhəd nəzarəti” sözləri ilə əvəz edilsin;
1.2.5. 4-cü bölmənin birinci hissəsinin doqquzuncu və on səkkizinci abzaslarında, 5-ci bölmənin üçüncü hissəsində, altıncı və yeddinci hissələrinin ikinci cümlələrində “nəzarət-buraxılış” sözləri “sərhəd nəzarəti” sözləri ilə əvəz edilsin;
1.2.6. 5-ci bölmənin birinci və dördüncü hissələrində “mühafizəsi orqanlarının nəzarət buraxılış” sözləri “nəzarəti” sözü ilə əvəz edilsin;
1.3. həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikası ərazisinin sanitar mühafizəsi Qaydaları” üzrə:
1.3.1. 1.11-ci bənddə, 2-ci bölmənin adında, 2.5-ci bəndin birinci cümləsində “buraxılış-keçid” sözləri “buraxılış” sözü ilə əvəz edilsin;
1.3.2. 2.21-ci bəndin birinci cümləsindən “keçid” sözü çıxarılsın;
1.4. həmin qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Dövlət sərhədini pozan hava gəmilərinə və uçuş aparatlarına qarşı hava hücumundan müdafiə qoşunlarının növbətçi qüvvə və döyüş texnikasının tətbiq edilməsi Qaydaları”nın 5-ci hissəsinin birinci abzasının ikinci cümləsində “donanması” sözü “qüvvələri” sözü ilə, 6-cı hissəsinin ikinci abzasında isə “donanmasının” sözü “qüvvələrinin” sözü ilə əvəz edilsin;
1.5. həmin qərarla təsdiq edilmiş 6 nömrəli əlavə - “Azərbaycan Respublikasının dövlət sərhədini pozan xarici dövlətlərin hərbi gəmilərinə qarşı silah və döyüş texnikasının tətbiq edilməsi Qaydaları”nın 5-ci hissəsində “donanmasının” sözü “qüvvələrinin” sözü ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4-cü hissənin birinci, ikinci abzaslarında və 22-ci hissədə “gəmilərin” sözü “üzmə vasitələrinin” sözləri ilə əvəz edilsin;
2.2. 18-ci hissənin birinci abzasında “Nəzarət-buraxılış” sözləri “Sərhəd nəzarəti” sözləri ilə əvəz edilsin;
2.3. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən gəmilərin saxlanılması Qaydaları” üzrə:
2.3.1. adında və mətnində (3-cü hissənin üçüncü abzası, 11-ci hissənin birinci abzasının üçüncü cümləsi, 14-cü hissənin ikinci abzası, 19-cu hissədə ikinci və üçüncü hallar, 20-ci hissədə ikinci hal, 22-ci hissənin üçüncü abzasında ikinci və üçüncü hallar, yeddinci abzasında ikinci hal və səkkizinci, on ikinci, on beşinci, on yeddinci abzaslar və 23-cü hissədə birinci və altıncı hallar istisna olmaqla) ismin müvafiq hallarında “gəmi” sözü ismin müvafiq hallarında “üzmə vasitəsi” sözləri ilə əvəz edilsin;
2.3.2. 2-ci hissənin ikinci və üçüncü abzasları aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində qeydiyyata alınmış balıqçılıq, ovçuluq, elmi tədqiqat, idman gəmiləri, mühərrikli və mühərriksiz digər üzmə vasitələri sərhədboyu zonanın, habelə dəniz sahilinə bitişik inzibati ərazi vahidlərinin ərazisində olduqda, sərhəd mühafizə orqanlarının ən yaxın bölməsində də qeydiyyata alınmalıdır. Sərhəd mühafizə orqanları tərəfindən üzmə vasitələrinə “Üzmə vasitəsinin qeydiyyat vəsiqəsi” verilir.
Göstərilən üzmə vasitələri müəyyən edilmiş yanalma-dayanma körpülərinə, yerləşmə məntəqələrinə təhkim edilməli və dayanacaq üçün daimi yerlərə malik olmalıdır.”;
2.3.3. 3-cü hissənin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
“Qeyd olunan tələblər Hərbi-Dəniz Qüvvələrinin istifadəsində olan üzmə vasitələrinə, habelə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən Dövlət Gəmi Reyestrində qeydiyyata alınan gəmilərə şamil edilmir. Dövlət Gəmi Reyestrində qeydiyyata alınan gəmilər üzərində sərhəd nəzarəti həyata keçirilərkən, “Gəmi heyəti üzvlərinin siyahısı”na ştamp vurulur.”;
2.3.4. 17-ci hissənin birinci abzasında “nəzarət buraxılış” sözləri “sərhəd nəzarəti” sözləri ilə əvəz edilsin;
2.4. həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Azərbaycan Respublikasının dövlət sərhədində profilaktik zolaq və baytar-sanitar rejiminə dair Qaydalar”ın 3.1-ci bəndinin birinci cümləsində “sərhədlərindən” sözü “dövlət sərhədindən” sözləri ilə əvəz edilsin;
2.5. həmin qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Sərhəd zonasına daxil olmaya və istehsalat işlərinə dair Qaydalar”ın 9-cu hissəsinin birinci cümləsində və 10-cu hissəsinin birinci abzasında “sərhəd mühafizəsi orqanları” sözləri “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti” sözləri ilə əvəz edilsin;
3. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarının 2-ci hissəsinin “b)” bəndinin altıncı abzasında “nəzarət-buraxılış” sözləri “sərhəd nəzarəti” sözləri ilə əvəz edilsin.
4. “Azərbaycan Respublikasının Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 oktyabr tarixli 527 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan Respublikasında kiçik həcmli gəmilərdən və onların dayanması üçün bazalardan (qurğulardan) istifadə Qaydaları”nın 16-cı hissəsində “sərhəd qanunları” sözləri “sərhəd mühafizə orqanları” sözləri ilə əvəz edilsin və həmin hissənin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“1) gəmilər sərhəd mühafizə orqanlarında qeydiyyatdan keçdikdə, bu halda gəmilərə “Üzmə vasitəsinin qeydiyyat vəsiqəsi” verilir;”.
 
Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri
16 Oktyabr 2018 08:00 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə