Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Odlar Yurdu” – “Reykyavik” – 6:0!

“Odlar Yurdu” – “Reykyavik” – 6:0!

Azərbaycanın “Odlar Yurdu” komandası Yunanıstanın Porto-Karras şəhərində keçirilən şahmat üzrə klublararası Avropa Kuboku yarışında ardıcıl üçüncü qələbəsinə sevinmişdir.
Bu dəfə Arkadi Naydiç, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abasovdan ibarət heyət İslandiyanın “Reykyavik” klubunu 6:0 hesabı ilə məğlubiyyətə uğratmışdır.
Yeddi turdan ibarət turnirdə üç turdan sonra Azərbaycan təmsilçisi və daha beş komanda 6 xal toplayaraq yüzfaizli nəticə göstərmişdir. Əlavə göstəricilərə görə lider “Odlar Yurdu”dur.
Qadın şahmatçılarımız isə hesabat turunda rusiyalı rəqiblərinə uduzmuşlar – 1,5: 2,5. Onların üç matçdan sonra 2 xalı var.
Dünən axşam dördüncü turun görüşləri keçirilmişdir.

Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”

15 Oktyabr 2018 22:25 - İDMAN
İDMAN

Ən son xəbərləri səhifəmizdən də izləyin