Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 386 Bakı şəhəri, 13 oktyabr 2020-ci il

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Sanitariya-epidemioloji salamatlıq haq­qında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, pro­filaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

1. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarına aşağıdakı məzmunda 1.1.2-1-ci yarımbənd əlavə edil­sin:

“1.1.2-1. operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxışın dayandırılması;”.

2. Bu Qərar 2020-ci il 14 oktyabr saat 00:00-dan qüvvəyə minir.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

14 Oktyabr 2020 02:41 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə